Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (18-10-2024, 09:10)
Nazirlik bəyan etdi: Ermənistan müharibəyə hazırlaşır – Büdcə artırıldı, cavab tədbirlərinə başlandı

Nazirlik bəyan etdi: Ermənistan müharibəyə hazırlaşır
Xəbər verdiyimiz kimi, Maliyyə Nazirliyi (MN) Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərclərini ilkin variantla müqayisədə 1,7 milyard manat artırıb.

Nazirlikdən verilən məlumata görə, Prezident İlham Əliyevin göstərişinə əsasən büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396.3 milyon manata çatdırılıb. Buna əsas səbəb Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə cavab tədbirlərinin görülməsi ehtiyacıdır.

Globalinfo.az-a danışan iqtisadçı Emin Qəribli bir çox istiqamətdə, əsasən də sosial yöndə xərclərin artırıldığını qeyd edib.

O deyib ki, bu artımlar nəticəsində biz qələbə əldə etdik:

“Baxsaq görərik ki, bütün bunlar reallıqlar nəzərə alınaraq həyata keçirilir. Vaxtilə müdafiə xərclərini artırdıq deyə, Qarabağı işğaldan azad etdik. Bir çox iqtisadi-sosial layihələr həyata keçiririk. Təəssüf ki, biz elə bir bölgədə yaşayır və elə bir qonşuya sahibik ki, istər-istəməz artımla bağlı planı həyata keçirməyə məcburuq”.

Ekspert Ermənistanın xarici ölkələr tərəfindən maliyyələşdiyini xatırladıb:

“Bildiyimiz kimi, ərazilərimizdən nəqliyyat dəhlizləri keçir. Fransa kimi ölkələr də həmin dəhlizlərə yiyələnmək istəyirlər. Hətta nəqliyyat dəhlizlərini ələ keçirmək üçün müəyyən maliyyə resursları da yatırmaq istəyəcəklər. Ona görə məcbur olub, büdcənin müdafiə və təhlükəsizlik xərclərini artırmalıyıq. Əslində, biz o qədər uğurlar qazanmışıq ki, artıq bu sahədə ixracatımızı rahat şəkildə artırırıq, sənayemiz formalaşır, inkişaf edir. Hesab edirəm ki, bunun gələcəkdə daha çox müsbət tərəfləri olacaq”.

Hərbi ekspert Emin Həsənli deyib ki, dövlət üçün hər zaman əsas onun müdafiəsi və təhlükəsizliyidir:

“Cənab Prezident hər zaman bu sahəyə xüsusi diqqət və qayğı göstərir. Ordunun büdcəsi üçün ayrılan vəsait hər il daha da artırılır. Bu, həm Azərbaycan iqtisadiyyatının gücüdür, həm də yeni silahların əldə edilməsi, hərbçilərin şəraitinin yaxşılaşması, yeni hərbi hissələrin tikilməsi, təmir edilməsi, orduda quruculuq işləri, ordunun silahlanması və saxlanılması üçün çox önəmlidir. Ona görə də dövlətimiz bu istiqamətdə vəsaiti artırır. Bildiyimiz kimi, Hindistan, Fransa və bir çox ölkələr Ermənistanı silahlandırır. Onların isə xüsusi niyyətləri var”.

E.Həsənlinin sözlərinə görə, Azərbaycan dövlətinin müasir və peşəkar ordusunun olması üçün hər bir şərait var:

“Ordumuzu son dövrün müasir silahları ilə də təmin etmək lazımdır. Çünki hər il yeni silahlar istehsal olunur və Azərbaycan dövləti çalışır ki, onun ordusu yeni silahla təmin olunsun. Fikrimcə, bütün sahələr üçün ordunun həm saxlanması, həm silahlanması, orduda hərbi qulluqçuların məişət şəraitinin yaxşılaşdırılması, əməkhaqlarının artırılması və bu vaxta kimi atılan digər addımlar bundan sonra da davam etdiriləcək. Dövlətimizin bu istiqamətdə atdığı addım təqdirəlayiqdir”.

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024