Siyasət (10-10-2024, 08:12)
Azərbaycana qarşı əsassız sanksiya oyunu: - Niyə məhz indi?
Qərbin Azərbaycana qarşı son günlər daha da aktivləşən fəaliyyəti əslində yeni proses deyil. Amerika Birləşmiş Ştatları (ABŞ) hələ müstəqilliyin ilk illərindən Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir və zaman-zaman sanksiya məsələsini gündəmə gətirir.
Nəzərə alsaq ki, o illərdə Azərbaycan işğalla üz-üzə idi, ABŞ-nin bu fəaliyyəti birbaşa işğalçı Ermənistana dəstək hesab olunurdu. Ötən gün-8 oktyabrda Prezident İlham Əliyev Moskvada “Rossiya-1” televiziya kanalına verdiyi müsahibədə bu məsələyə toxunub.
Prezident İlham Əliyev ABŞ-nin Azərbaycana qarşı qərəzli yanaşmasına konkret faktlarla cavab verib. “Əsassız ittihamlar. Amerikanın Azərbaycana qarşı sanksiyalarının ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur. Sanksiyalar qeyri-qanuni və tamamilə əsassız, habelə selektiv şəkildə tətbiq edilir. Biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq. Beynəlxalq ictimaiyyət məsələ ilə bağlı öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı- həm də təkcə bizə deyil- tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik”,-deyə Prezident İlham Əliyev vurğulayıb.
Prezident əlavə edib ki, Azərbaycana sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi:
“Bu sanksiyalar 2001-ci ildə, ABŞ-nin öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Bu nankorluqdur”.
Göründüyü kimi, ABŞ heç vaxt Azərbaycana münasibətdə səmimi olmayıb. Biz bunu bir çox beynəlxalq platformalarda da görümüşük. ABŞ-nin ATƏT-in Minsk Qrupundakı fəaliyyətinə nəzər saldıqda, Azərbaycana qarşı ikili standartları açıq şəkildə görmək mümkündür. Bu gün də ABŞ eyni üsulla Azərbaycana təzyiq etməyə səy göstərir.
Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan deputat Naqif Həmzəyev deyib ki, Amerika Birləşmiş Ştatları tərəfindən 1992-ci ildə Azərbaycana qarşı tətbiq edilmiş sanksiya çox ədalətsiz və qanunsuz idi:
“Həmin dövrdə Azərbaycan torpaqları işğal olunurdu, Xocalı soyqırımı törədilmişdi. Bu sanksiyalar əslində Ermənistana cəsarət verirdi və onun işğalçı mövqeyini daha da gücləndirirdi. ABŞ-ın sanksiyaları isə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə və ya işğalı durdurmağa qarşı hərəkət idi. Bu, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsinə qarşı atılan addım idi. Ancaq sonrakı illərdə, xüsusilə də 2001-ci ildən ABŞ və NATO-nun terrorizmə qarşı mübarizə apardığı dönəmdə öz məqsədlərinə çata bilmələri üçün hər il bu sanksiya paketini qüvvədən salırdılar”.
Deputat əlavə edib ki, ABŞ bütün bunları yalnız öz maraqları naminə edir:
“Azərbaycan isə bu prosesdə sülhməramlı qismində çıxış edirdi. Eyni zamanda, Azərbaycan terrorizmə qarşı mübarizədə öz üzərinə düşən işləri də yüksək səviyyədə görürdü. Təəssüf ki, məhz həmin proseslər bitdikdən sonra, yəni Azərbaycan ərazilərində sülhməramlı fəaliyyətə ehtiyac qalmadıqdan sonra ABŞ yenidən eyni addımı atdı və 907-ci düzəliş ləğv edilmədi. Bu gün də Azərbaycana qarşı sanksiya davam etdirilir. Onların bu yanaşması riyakarlığın, ikiüzlülüyün bariz nümunəsidir. Bu ədalətsizlikdir, haqsızlıqdır. Təcavüzkar Ermənistana qarşı bir dəfə də belə bir addım atıldığını görməmişik. Düşünürəm ki, Azərbaycana qarşı bu yanaşma nəticə etibarı ilə ikili standarların göstəricisidir”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024