Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (19-09-2024, 10:36)
“Bu, tamamilə qarayaxmadır” - Ərdoğan

bu-tamamile-qarayaxmadir


Mediatv.az  “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada bir hoteldə təşkil edilən mərasimdə deyib.

O bildirib ki, xarici siyasətinə görə Türkiyəni tənqid etmək qlobal prosesləri düzgün başa düşməmək deməkdir: “Biz Şanxay Əməkdaşlıq Təşkilatı, BRICS kimi bütün təşkilatlarla əlaqələri inkişaf etdirməyə çalışırıq. Türkiyə bütün ölkələrlə əlaqələrin inkişafında maraqlıdır. Bizim üçün bundan daha təbii bir şey yoxdur”.

Ərdoğan əlavə edib ki, Türkiyə Türk Dövlətləri Təşkilatı vasitəsilə qardaş ölkələrlə də əlaqələri inkişaf etdirib. O bildirib ki, Türkiyə bunun üçün bütün imkanlardan istifadə edir: “Üzümüzü Qərbə çevirmişik. Amma bu, o demək deyil ki, Şərqlə əlaqələrimizi inkişaf etdirməyəcəyik”.

Türkiyə lideri deyib ki, ölkəsinin yeni Konstitusiyaya ehtiyacı var. Onun sözlərinə görə, hazırkı Konstitusiya Türkiyə demokratiyasına uyğun deyil: “Yeni Konstitusiya ilə bağlı nə istədiyimizi, qırmızı xətlərimizin nə olduğunu heç bir şübhə yeri qoymadan dəfələrlə izah etmişik. Demokratik siyasətdə fikir bildirilməsinin qarşısı təbii ki, alına bilməz. Hətta onlarla razılaşmasaq və ya onları yanlış hesab etsək də, zorakılığı təşviq etmədikcə, terrorizmi tərifləmədikcə və ya təhqir etmədikcə bu fərqli fikirlərə tolerantlıq göstərməliyik”. 

Dövlət başçısı Türkiyənin Konstitusiya dəyişikliyində qərarlı olduğunu bildirib.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024