Siyasət / Slayd (25-06-2024, 21:06)
Hansı sabiq nazir parlament seçkilərində namizəd ola bilər...
Milli Məclisdə çoxluq təşkil edən YAP-çı deputatlar növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Onların müraciəti Milli Məclisdə digər partiyaları təmsil edən deputatlar, habelə bitərəflər tərəfindən dəstəklənib.
Milli Məclis Konstitusiyanın 95-ci maddəsinin 2-ci hissəni rəhbər tutaraq qərara alıb ki, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət edilsin. Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
İndi ictimaiyyət Prezidentin məsələyə reaksiyasını gözləyir. Böyük ehtimalla növbədənkənar parlament seçkiləri sentyabr ayında baş tutacaq.
Artıq mediada və sosial şəbəkələrdə seçkilərdə deputatlığa namizədliyini irəli sürəcək şəxslərin adlarına rast gəlinir.
Bu sırada sabiq nazirləri də görə bilərikmi?
Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Modern.az-a açıqlamasında bildirib ki, seçkilərin irəli çəkilməsi düzgün addımdır:
"Parlament seçkilərini noyabrda keçirilməliydi. Ancaq noyabrda Bakıda beynəlxalq əhəmiyyətli COP29 tədbiri təşkil olunacaq. COP29 həddindən artıq böyük tədbirdir. Seçkiləri və belə bir tədbiri bir vaxtda keçirmək çətin olardı. COP29-da iştirak etmək üçün Bakıya heç olmasa, 30-40 min qonaq gələcək. Dövlət başçıları, baş nazirlər və başqa yüksək səviyyəli qonaqlar... Ona görə də seçkilərin qabağa çəkilməsi düzgün addımdır".
Elmar Məmmədyarov deputatlığa namizəd olub-olmayacağı ilə bağlı suala belə cavab verib:
"Xeyr, mən növbədənkənar parlament seçkilərində namizədliyimi irəli sürməyəcəyəm".
Digər sabiq xarici işlər naziri Tofiq Zülfüqarov növbədənkənar parlament seçkilərinin keçirilmə vaxtının rəsmən elan olunmadığını xatırladıb:
"Hələ ki, bununla bağlı rəsmi qərar yoxdur. Şəxsən özümün növbədənkənar seçkilərdə namizəd olmaqla bağlı hər hansı düşüncəm yoxdur. Bu, hələ təzə xəbərdir. Gedişata, proseslərə baxmaq lazımdır".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024