Siyasət / Slayd (22-06-2024, 09:06)
Minsk qrupu niyə ləğv olunmur? - AKTUAL
“ATƏT-nin Minsk qrupunun görməli olduğu işləri Azərbaycan Ordusu qısa müddət ərzində həll etdi”.
Bunu politoloq Elçin Xalidbəyli “Cebhe.info”-ya şərhində ATƏT-Minsk qrupunun nə zaman ləvğ olunacağı ilə bağlı suala cavab verərkən bildirib.
Politoloq qeyd edib ki, bu qurumun fəaliyyətinə çoxdan xitam verilməli idi:
“İkinci Qarabağ müharibəsindən çox qısa müddət keçəndən sonra Azərbaycan ATƏT-nin Minsk qrupunun rəsmi olaraq ləvğ olunması üçün təkliflə çıxış edib. Bu barədə rəsmi Bakı ATƏT-nin rəhbərliyinə müraciət də ünvanlayıb. Eyni zamanda Azərbaycan rəhbərliyi Ermənistana da bu istiqamətdə birgə addım atmağa çağırıb.
Ancaq Ermənistanda, eləcə də Qərb dairələrində ATƏT-nin Minsk qrupunun mövcudluğunun davam etməsində maraqlı olan qüvvələr var. Onlar nə zamansa Minsk qrupundan Cənubi Qafqazda beynəlxalq təsir aləti kimi istifadə edəcəklərinə ümid edirlər. Ən maraqlı isə Ermənistanın bu quruma ümidləri tam kəsilməyib.
Rusiya, ABŞ və Fransanın Cənubi Qafqaz üzrə ayrı-ayrı nümayindələrini İrəvan ATƏT-nin Minsk qrupunun həmsədrləri kimi təqdim edir. Bu o deməkdir ki, Ermənistanın siyasi dairələrində ATƏT-nin Minsk qrupuna hələ də ümidlər bəslənir. Bu baxımdan, Ermənistanın Minsk qrupunun ləvğ olmasında maraqlı olduğunu iddia etmək sadəlövlük olardı”.
Elçin Xalidbəyli vurğulayıb ki, ATƏT-nin Minsk qrupu lazımsız bir quruma çevrilib:
“Minsk qrupunun fəaliyyəti üçün heç bir səbəb yoxdur. ATƏT-nin Minsk qrupunun 30 il ərzində görməli olduğu işləri Azərbaycan 44 günlük müharibədə tam şəkildə həll edib. Azərbaycan öz ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınan sərhədlərini bərpa edib. Belə olan halda ATƏT-nin Minsk qrupunun heç bir işi qalmayıb. Ona görə də bu qurumun rəsmi şəkildə ləvğ olunması olduqca vacibdir”.
ATƏT-nin Minsk qrupunun nə zaman ləvğ olunacağına gəlincə, politoloq bildirib ki, indidən bu barədə proqnoz vermək çətindir:
“Bildirim ki, Ermənistanda və Qərbdə bu qurumun qalmasında maraqlı olan qüvvələr var. Halbuki Rusiyanın özü də Minsk qrupuna heç bir ehtiyac qalmadığını bəyan edib. ABŞ və Fransadan belə bir bəyanatlar səsləndirilmir”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024