Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (16-04-2021, 17:30)
Rəsmi Bakı Minsk Qrupunun qayıdışına hansı şərtlərlə razı olacaq? - AÇIQLAMA

Rəsmi Bakı Minsk Qrupunun qayıdışına hansı şərtlərlə razı olacaq?
"Minsk qrupu yenidən prosesdə iştirak etmək istəyirsə, konkret təkliflərlə gəlməlidir. Bu təkliflər isə münaqişədən sonra yaranan yeni vəziyyəti tənzimləməkdən ibarət olmalıdır”.

Bu sözləri Sfera.az-a açıqlamasında hazırkı vəziyyətdə pat duruma düşən ATƏT-in Minsk qrupunun fəaliyyətində yenidən canlanma olması üçün qurumun hansı təkliflərlə çıxış etməli olduğuna aydınlıq gətirərkən politoloq Natiq Miri deyib:

"ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsi ətrafında fəaliyyəti üçün daha elə də böyük fəaliyyət sferası qalmayıb. Prezident İlham Əliyev birmənalı olaraq bəyan etdi ki, Azərbaycan bu münaqişəni həll edib. Ona görə də burada Minsk qrupunun artıq oynaya biləcəyi ciddi rol yoxdur. Minsk qrupu yenidən prosesdə iştirak etmək istəyirsə, konkret təkliflərlə gəlməlidir”.

Bu təkliflər isə həmsöhbətimizin fikrincə, münaqişədən sonra yaranan yeni vəziyyəti tənzimləməkdən ibarət olmalıdır: "Onlar sərhədlərin müəyyənləşdirilməsi, Azərbaycanın Naxçıvan və Qazaxda hələ də işğal altında qalan ərazilərin qaytarılması istiqamətində konkret təklif və qrafiklə gəlməlidir. Bu da əsasən Ermənistanla iş aparmağı özündə ehtiva etməlidir. Minsk qrupu həmçinin Qarabağın ermənilər yaşayan ərazilərinə, xüsusən də Xankəndinə, Ağdərə, Xocalı, Xocəvəndə azərbaycanlıların öz yurdlarına geri qayıtmaları məsələsini həll edə bilər. Qurum basdırılmış minaların xəritəsinin Ermənistandan alınması ilə də məşğul olmalıdır. Bu xüsusda fəaliyyət göstərərlərsə, Azərbaycan onların fəaliyyətinə razı olar”.

Lakin politoloq Minsk qrupunun əvvəlki neqativ təcrübəsinə istinadən onların yuxarıda qeyd edilən işlərin öhdəsindən gələ biləcəyinə də inanmır: "Minsk qrupunun fəaliyyəti üçün müəyyən sahələr var. Ancaq 28 illik fəaliyyətləri onların bu işlərin həllinə də ciddi töhfə verəcəyinə şübhə yaradır”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024