Siyasət (20-05-2024, 18:43)
Deputat: “Helikopterin texniki nasazlığı ucbatından hadisənin duman şəraitində baş verməsi üstünlük təşkil edən mövqedir”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, kimlərsə helikopter hadisəsində ABŞ-nin və İsrailin əlinin olması barədə mövqelər səsləndirir, iddialar ortaya qoyur: “Bu spekulyasiyalara helikopterin qara qutusu tam araşdırılandan və rəsmi mövqe ortaya qoyulandan sonra son qoyulacaq. Və rəsmi mövqe elə bir mövqe olmalıdır ki, hər hansı siyasi məqsəd daşımamalıdır. Həqiqəti və reallığı əks etdirməlidir. İnanırıq ki, faciənin əsl səbəbi araşdırıldıqdan sonra daha düzgün qiymətləndirmələr olacaq. Hazırda isə geniş yayılmış versiya və yanaşma hadisənin hava şəraitinin dumanlı olması nəticəsində baş verməsidir. Bunu təsdiqləyən digər amillər var. Çünki yola düşən xilasetmə helikopterləri də duman və dağlıq ərazi olması səbəbindən xeyli müddət eniş edə bilmədilər. Bütün bunlar İbrahim Rəisi və rəsmi heyətin helikopteririn əlverişsiz hava şəraiti səbəbindən qəzaya uğraması versiyasını gücləndirir”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025