Dünya (20-05-2024, 08:31)
İran prezidenti və heyəti qəzada həlak olub - İran KİV

Mediatv.az xəbər verir ki, bu barədə İranın Mehr Agentliyi xəbər verib.
Prezident Rəisi bazar günü helikopterlə İran-Azərbaycan sərhədində bəndin açılış mərasimində iştirak edib.
İran dövlət televiziyası qəzanın Rəisiyə məxsus helikopterin bölgədən qayıdarkən sərt eniş etməsi nəticəsində baş verdiyini bildirib.
"Tasnim" Agentliyi isə yazıb ki, İran Prezidentini daşıyan helikopterin qəzaya uğraması nəticəsində ölənlərin hamısının cəsədlərinin müəyyən edilməsi istiqamətində səylər davam etdirilir.
Helikopterdə prezidentlə birlikdə xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbrizin imam cüməsi Ayətullah Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də olub.
Axtarış-xilasetmə qrupları əlverişsiz hava şəraiti səbəbindən işlərin çətinliklə davam etdirib.
Daha sonra Türkiyənin AKINCI pilotsuz uçuş aparatı axtarışlara cəlb edilib.
Qəzaya uğramış helikopterin qalıqları yanmış vəziyyətdə aşkarlanıb.
Artıq İranın rəsmi media orqanları öz loqolarını matəm əlaməti olaraq qara rəngə boyayıblar.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025