Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (1-05-2024, 16:17)
Görüş üçün niyə Qazaxıstan seçildi? - ŞƏRH

Görüş üçün niyə Qazaxıstan seçildi?
"Qazaxıstan görüşü Moskva, Brüssel, həm də ABŞ-ı qarşılıqlı mübarizəyə qoşmamaq, həmin güc mərkəzləri tərəfindən təzyiq predmetinə çevrilməmək üçün ən optimal variantdır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Azərbaycan və Ermənistanın Qazaxıstanda görüş təklifinə müsbət cavab verməsini şərh edərkən deyib.

Politoloq bildirib ki, Qazaxıstan vasitəçi deyil, sadəcə məkan olaraq bir platformadır:

"Tərəflərin Qazaxıstanda görüşə razılıq vermələri dolayısı ilə konkret hansısa geosiyasi maraqları olmayan ölkənin danışıqlar üçün məkan təklif etməsinin münaqişə tərəfləri üçün məqbul olduğunu göstərir. Bu dolayısı ilə həm də qlobal güclərin prosesə müdaxiləsinin qarşısını alır. Eyni zamanda, müəyyən bəhanələri də tamamilə zərərsizləşdirir. Qazaxıstan münaqişənin səmimi həllində maraqlıdır. Ona görə ki, münaqişə yaxın zamanda sülh müqaviləsilə bitərsə, bu diplomatik münasibətlərdən tutmuş, əməkdaşlıq və nəqliyyat kommunikasiyalarının açılmasına yol açacaq".

Ekspert bildirib ki, Qazaxıstan öz enerji daşıyıcılarını ən qısa yolla Türkiyə və Avropaya çıxarmaq imkanı qazana bilər:

"Bu Zəngəzur və Orta dəhlizin gələcək perspektivini ortaya qoyacaq. Ona görə də Astananın sülh məsələsində məkan olaraq qeyd edilməsi təsadüfi deyil. Qazaxıstan görüşü Moskvanı, Brüsseli, həm də ABŞ-ı qarşılıqlı mübarizəyə qoşmamaq, həmin güc mərkəzləri tərəfindən təzyiq predmetinə çevrilməmək üçün ən optimal variantdır. Qazaxıstanda oturaraq, bir gün deyil, mümkün olarsa bütün işçi qrupu və ekspertlərin iştirakı ilə hətta bir həftə ərzində işləməklə fundamental prinsiplərin içini doldura, bütün təfərrüatlara aydınlıq gətirməklə razılaşdıra da bilərlər. Bu da o deməkdir ki, qısa zamanda çərçivə sazişi imzalana bilər. Ona görə də Qazaxıstan görüşünün perspektivi böyükdür".

Qeyd edək ki, Bakı və İrəvan Astananın xarici işlər nazirləri səviyyəsində Qazaxıstanda görüşmək təklifini qəbul ediblər. Amma hələlik görüşün tarixi bəlli deyil.

Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aibek Smadiyarov çərşənbə axşamı "RİA Novosti"yə bildirib ki, Ermənistan və Azərbaycan Qazaxıstanda danışıqlarda iştirak edəcəklərini təsdiqləyiblər. Smadiyarov deyib ki, danışıqların keçirilmə tarixi daha sonra açıqlanacaq:

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar Almatıda keçiriləcək. Hər iki tərəf iştirakını təsdiqləyib. Tədbirin vaxtı əlavə olaraq açıqlanacaq".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024