Dünya (15-04-2024, 18:50)
Tokayevdən yeni vasitəçilik TƏKLİFİ: İrəvan və Bakı arasında sülh müqaviləsinin imzalanması üçün…
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana səfər edib. Qazaxıstan prezidenti səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla, prezident Vaaqn Xaçaturyanla və parlamentin spikeri Alen Simonyanla görüşüb. Paşinyanla görüşdən sonra keçirilən birgə brifinqdə Tokayev rəsmi Astananın Ermənistan və Azərbaycan arasında təmasların təşkili üçün xoşməramlı missiyanı üzərinə götürməyə hazır olduğunu bəyan edib. O, ölkəsinin İrəvan və Bakının sülh müqaviləsi bağlamaq istəyini alqışladığını diqqətə çatdıraraq, danışıqlar üçün platforma təqdim etməyə hazır olduqlarını vurğulayıb.
Milli Məclisin Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, siyasi elmlər doktoru, professor Elman Nəsirov mövzu ilə bağlı Medianews.az-a bildirib ki, Tokayevin İrəvana səfəri iqtisadi və strateji amillə bağlı deyil.
Millət vəkilinin sözlərinə görə, Qazaxıstan Prezidentinin İrəvana gəlməyi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı ola bilər: “Ermənistanın kasıb və kiçik bir ölkə olduğunu nəzərə alsaq, hansısa strateji maraqların olmadığını başa düşərik. Amma məsələyə hüquqi prizmadan yanaşsaq, istənilən bir ölkənin rəhbərinin başqa ölkələrə səfəri ola bilər. Onu da nəzərə almalıyıq ki, Qazaxıstan və Azərbaycan münasibətləri strateji əhəmiyyətlidir. Biz eyni din və mədəni görüşlərə sahibik. Hər iki dövlətin rəhbəri və xalqı, həmçinin tərəfdaşlıq, qardaşlıq münasibətləri bir-biri ilə sıx bağlıdır. Belə olduğu halda, Qazaxıstan və Ermənistan rəhbərlərinin bu görüşünə nikbin yanaşmalıyıq. Prezident İlham Əliyevin Mərkəzi Asiyada irəli sürdüyü siyasət həm ikitərəfli formatda, həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində çox yüksək inkişaf tempinə malikdir”.Deputat E.Nəsirovun qənaətincə, Tokayev və Paşinyanın görüşü ölkəmiz üçün cəlbedici təşəbbüsdür: “Tokayev mətbuata çıxışı zamanı Qazaxıstanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində öz töhfəsini verə biləcəyini vurğulayıb. Biz, əsasən, ikitərəfli formata üstünlük veririk. Ancaq, vasitəçilər sülhün təmin edilməsinə real töhfə vermək istəyirlərsə, biz bunu alqışlayarıq. Təəssüf ki, indiyədək Vaşinqton və Brüssel, eyni zamanda Moskva və Soçi istiqamətində aparılan danışıqlar bir nəticə verməyib. Yəni, Ermənistan sülhdən bəhs edib, amma addım atmayıb. Bu baxımdan, Qazaxıstan Prezidentinin Ermənistana səfəri yeni bir danışıqlar prosesinin irəli sürülməsi baxımından maraqlıdır. Bu imkanlardan istifadə oluna bilər. Əsas budur ki, real bir nəticələr əldə olunsun”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024