Siyasət / Slayd (30-03-2024, 14:20)
DTX rəisindən Parisə mesaj - Azərbaycanda tutulan fransız casus...
“Biz yeni çağırışlara və bölgəmizdə cərəyan edən mənfi təzahürlü proseslərin hər cür ssenarisinə daim hazır olmalı, təhlükəsizliyin etibarlı şəkildə təmin olunması məsələsində ayıq-sayıqlığımızı əldən verməməliyik”.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyevin “Respublika” qəzeti üçün yazdığı məqalədə deyilir.
DTX rəisi qeyd edir ki, Fransa regionda sülhə dəstək vermək əvəzinə 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlamış və xalqımıza qarşı soyqırımı cinayətləri törətmiş Ermənistanı silah-sursatla təmin edərək orada öz hərbi missiyasını yaratmaqla revanşist hisslərin alovlanmasına rəvac verir, Ermənistanı yeni müharibəyə təhrik edir, Cənubi Qafqazı yenidən müharibə meydanına çevirmək planını reallaşdırmağa çalışır.
“Fransa hətta məqsədinə çatmaq üçün bütün bunlarla kifayətlənməyərək öz xüsusi xidmət orqanı nümayəndələri vasitəsilə müxtəlif şəxsləri məxfi əməkdaşlığa cəlb edib casus şəbəkəsi formalaşdırmaqla Azərbaycanın milli təhlükəsizliyinin zərərinə fəaliyyət göstərir. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu fəaliyyət ifşa olunaraq dərhal və operativ şəkildə zərərsizləşdirilib, zəruri və adekvat addımlar atılıb. Əməliyyat şəraiti daim nəzarət altında saxlanılmaqla dövlətimizin təhlükəsizliyinə yönələn təhdidlərin qabaqlanması və qarşısının alınması istiqamətində müvafiq tədbirlər bundan sonra da görüləcək”, - Əli Nağıyev yazıb.
DTX rəisinin yuxarıdakı fikirləri nəyin anonsudur? Niyə Qərb dövlətlərindən yalnız Fransanın adını çəkib?
Xatırladaq ki, ötən ilin dekabrında Martin Ryan ad-soyadlı Fransa vətəndaşı Azərbaycan əleyhinə casusluğa görə Bakıda saxlanılıb. Rəsmi Paris onun dərhal azad olunmasını tələb etsə də, Azərbaycan dövlətinin sərt reaksiyası ilə üzləşib.
Bəs Ryanın istintaqı nə vaxt yekunlaşacaq? Onun Fransaya geri verilməsi mümkünmü və hansı şərtlərlə, yaxud nəyin qarşılığında?
Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, bütöv Qərb Fransa kimi deyil: “Fransa Yunanıstanla Belçikanı da öz oxu ətrafına sala bilib. Almaniya, Böyük Britaniya, ABŞ kimi dövlətlər Fransanın Cənubi Qafqazdakı mövqeyini sona qədər paylaşmırlar. Əvvəlcə düşünürdülər ki, Fransa Cənubi Qafqazda Rusiyanı əvəz edə biləcək. Amma gördülər ki, Fransanın Rusiyanı əvəzləməsi mümkün olmadı. Buna baxmayaraq, Fransa, Fransa prezidenti Emmanuel Makron mövqeyindən geri çəkilmir. Fransa maksimum çalışır ki, Ermənistanı sülh müqaviləsindən kənarlaşdırsın. Çalışdıqları budur ki, sülh müqaviləsi imzalanmasın, gərginlik artan xətlə getsin. Belə olan halda silahlanma prosesi gedəcək və bu, əvvəl-axır qarşıdurma yaradacaq. Fransanın belə planları var”.
İlham İsmayıl qeyd edib ki, DTX tərəfindən Fransa vətəndaşının həbsi sıradan məsələ deyil: “Fransa diplomatiya pərdəsi altında Azərbaycana qarşı iş aparır, Ermənistanı açıq şəkildə silahlandırır. DTX rəisinin açıqlamadığı məsələlər də var. Casus şəbəkəsini artırmaq, genişləndirmək, Azərbaycanda toplanan məlumatları Ermənistana ötürmək mümkündür ki, birbaşa Fransanın maraqlarına uyğun deyil. Amma Ermənistanın maraqlarına uyğundur. Xüsusi xidmət rəisinin əməliyyat şəraitinə nəzarət olunduğunu qeyd etməklə bərabər, ayıq-sayıq olmağa səsləməsi hansısa məxfi materialların varlığına əsaslanır və bunu dilə gətirməyə məcbur olub. Azərbaycan bu gün də bəzi qüvvələrin hədəfindədir və mümkündür ki, terror hədəfində olsun. Mümkündür ki, casus fəaliyyəti ilə əldə olunan məlumatların birbaşa Ermənistana ötürülməsi Azərbaycanın təhlükəsizliyinə xələl gətirmiş olsun. Mövcud əməliyyat şəraitinin Qərb tərəfindən, konkret olaraq Fransa tərəfindən körüklənməsi barədə qabaqlayıcı informasiyamızın olması, eyni zamanda məhz xüsusi xidmət orqanı rəisinin bu sözü deməsi Fransa üçün çəkindirici faktor olmalıdır. Bu o deməkdir ki, biz Fransanın nə etdiyini, nə planlaşdırdığını bilirik və onları bu işdən çəkindirməyə çalışırıq”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024