Siyasət (21-03-2024, 17:44)
4 kənd qarşılığında Nikol Bakıya nə təklif edib?

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Nikol Paşinyan 4 kəndi Azərbaycana qaytarması qarşılığında rəsmi Bakıya öz təklifini göndərib: “Sərhədin delimitasiyasına Ermənistan tərəfdən Bağanis, Azərbaycan tərəfdən Bağanis Ayrım kəndi bölgəsindən başlayaq”:
“Paşinyanın bu təklfinin arxasında nə dayanır? Birincisi, Nikol Paşinyan həmin bölgədə 4 kəndin Azərbaycana qaytarılmasını təmin etdikdən sonra Qazaxa aid digər 3 kənd mövzusunu “qapatmaq” istəyir. Çünki sərhədin həmin bölgəsinin delimitasiyası razılaşdırılarsa, Azərbaycana məxsus və yerdə qalan 3 kəndin geri qaytarılması mümkün olmayacaq. İkincisi, Nikol Paşinyan ümid edir ki, 4 kəndi Azərbaycana qaytardıqdan və sərhədin həmin hissəsi müəyyənləşəndən sonra o sərhədin cənub hissəsindəki itirdiyi yüksəklikləri delitimatisiya yolu ilə geri qaytara biləcək.
Rəsmi Bakının Nikol Paşinyanın hər iki təklifinə razılaşacağı ehtimalı azdır. Bakı İrəvandan birinci mərhələdə sülh və ya çərçivə sazişinin imzalanmasını tələb edir. Sülh əldə edildikdən sonra müxtəlif mövzularla bağlı danışıqları davam etdirmək olar. 4 kəndin geri qaytarılması çərçivə sazişinin imzalanması perspektivini gücləndirəcək”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
20 07 2025
20 07 2025
20 07 2025
20 07 2025
20 07 2025
20 07 2025
20 07 2025
20 07 2025
19 07 2025
19 07 2025