Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (16-03-2024, 23:24)
NATO baş katibi Bakıya niyə gəlir?

 NATO Baş katibi Yens Stoltenberqin gələn həftə Cənubi Qafqaz ölkələrinə başlayacaq səfərinin Moskvada qıcıq yaradacağı indidən bəllidir. Kreml Stoltenberqin Gürcüstan, Azərbaycan və Ermənistana səfərlərinin məqsədini özü üçün aydınlaşdırmağa çalışır.
Mediatv.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, Yens Stoltenberqin bölgəyə səfəri yekun hesabat üçündür:
“Stoltenberqin baş katiblik müddəti bu ilin oktyabr ayında bitir və o vətəni Norveçə qayıdacaq. Ona görə də Stoltenberq müxtəlif ölkələrə səfərlər edib, işini uğurla yekunlaşdırmağa çalışır. Əlbəttə, NATO baş katibinin gündəlik fəaliyyətinin böyük hissəsini Ukrayanadakı müharibə əhatə edir. Ancaq Stoltenberq NATO tərəfdaşları ilə təmasları da arxa plana keçirmir. Bunun da hardasa Ukraynadakı müharibə ilə əlaqəsi var.
Cənubi Qafqaz ölkələrindən yalnız Gürcüstan Şimali Atlantika Blokuna üzv olmaq istəyir, digər iki dövlətin – Azərbaycanın və Ermənistanın oxşar məqsədi yoxdur. Əlbəttə, NATO baş katibi İrəvanda Ermənistanın Rusiyadan nə qədər uzaqlaşmağa hazır olmasıyla və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməsi prosesi ilə maraqlanacaq. Ancaq NATO-nun Ermənistana təhlükəsizlik təminatına yönəlik alternativ proqramı yoxdur.
Azərbaycana gəldikdə, ölkəmizlə NATO arasında konstruktiv əməkdaşlıq mövcuddur. Azərbaycan Şimali Atlantika Blokunun müxtəlif proqramlarında iştirak edir. Azərbaycan NATO-nun ikinci böyük dövləti – Türkiyə ilə strateji müttəfiqdir. Azərbaycan Ordusu Türkiyə Ordusu modelinə keçib. Bu elə Azərbaycan Ordusunda NATO standartlarının tətbiqidir. Bu Şimali Atlantika Bloku üçün yetərlədir”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024