Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (15-03-2024, 16:27)
Xudafərin görüşü: Naxçıvan blokadadan çıxarılır

Xudafərin görüşü: Naxçıvan blokadadan çıxarılır
Novruz bayramında Azərbaycan və İran Prezidentləri İlham Əliyev və İbrahim Rəisinin görüşün baş tuta bilər.

İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi Baku TV–yə açıqlamasında deyib ki, Novruz bayramı ərəfəsində Azərbaycan və İranın dövlət rəhbərləri Xudafərinə səfər edəcəklər. Səfir qeyd edib ki, hazırda bu istiqamətdə ciddi hazırlıq işləri görülür:

“Ümid edirəm ki, hazırlıq işləri üçün iki ölkənin energetika nazirləri tezliklə görüşəcəklər. Xudafərin, Qız qalası hidroqovşaqları və su bəndlərinin açılış mərasimi sərhəddə hər iki prezidentin iştirakı ilə baş tutacaq”.

S.A.Musəvi əlavə edib ki, Araz körpüsü üzərində keçid məntəqəsi, Ağbənd körpüsü üzərində avtomobil və dəmir yolu xəttinin tezliklə istismara verilməsi üzrə işlər davam edir.

Orta Doğu Araşdırmaları mərkəzinin sədri Sədrəddin Soltan “Cebhe.info” – ya açıqlamasında bildirib ki, hər iki dövlət başçısının görüşünün baş tutması mümkündür:

“Səfir hər halda etibarlı mənbə sayılır. Səfir Seyyid Abbas Musəvinin verdiyi məlumatın dəqiqliyinə etibar etmək olar. Əgər bu müddət ərzində fövqəladə hadisə baş verməzsə, məncə, bu görüş baş tutacaq”.

Araz körpüsü üzərində keçid məntəqəsi və Ağbənd körpüsü üzərində avtomobil və dəmir yolu xəttinin istismara verilməsinin Azərbaycan ilə İran arasında ticarət dövriyyəsində gələcək roluna gəlincə, S.Soltan vurğulayıb ki, yeni nəqliyyat xətləri daha çox Naxçıvanın blokadadan çıxarılmasına hesablanıb:

“Həmin nəqliyyat xətlərinin tezliklə istismara verilməsi ilə bağlı məsələ hələ gündəmdə deyil. Amma burada əsas məqsəd iki ölkə arasında ticarət dövriyyəsini artırmaqdan daha çox Azərbaycanın qərb bölgələrini Naxçıvanla birləşdirməkdir. Yəni bu, birbaşa Naxçıvanın blokadadan çıxarılmasına yönəlib.

Bildiyimiz kimi, əvvəllər Naxçıvana getmək üçün İran ərazisindən keçən Biləsuvar-Culfa yolundan istifadə olunurdu. Bu da təbii ki, uzun yol idi. Ancaq Araz çayı üzərində körpü açılandan sonra bu yol qısalacaq. Bununla bərabər, yeni nəqliyyat infrastrukturuna dəmir yol xətti də əlavə olunacaq. Bu, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında kommunikasiya əlaqələrinin qurulması üçün əhəmiyyətlidir”.

S.Soltan Azərbaycanla İran arasında ticarət dövriyyəsinin genişlənməsi üçün imkanların olduğunu bildirib:

“Azərbaycan-İran sərhədinin neytral bölgələrində azad iqtisadi zonalar qurulub. Belə zonaları Naxçıvan, Füzuli, Beyləqan və Biləsuvarda görmək mümkündür. Sözsüz ki, azad iqtisadi zonaların genişlənməsi ikitərəfli iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərə bilər”.

Həmsöhəbtimiz Qarabağda Azərbaycanla İran arasında azad iqtisadi zonanın qurulmasının mümkünlüyünü də dəyərləndirib:

“Hesab edirəm ki, Qarabağda belə bir zonanın salınması hələ mümkün görünmür. Çünki Azərbaycanla İran arasında bəzi mövcud problemlər həllini tapmayıb. Eyni zamanda, İrana etimad əvvəlki səviyyədə deyil. Bu məsələlər həll olunduqdan sonra həmin məsələ üzərində razılığa gəlmək olar”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024