Siyasət (14-03-2024, 16:31)
Millət vəkili Prezident Ersin Tatarla görüşüb – FOTOLAR

Aktor.Az xəbər verir ki, görüşdə Azərbaycan-Şimali Kipr münasibətləri, həmiçinin tərəflər arasında dinamik inkişaf tempi müzakirə olunub.Millət vəkili bu qəbula görə, prezident Ersin Tatara təşəkkürünü bildirib.
Qeyd edək ki, KADM/ Kipr-Azərbaycan Diaspor Mərkəzinin təşkilatçılığı və maliyyə dəstəyi ilə həyata keçirilən səfərdə məqsəd Milli Məclis adından millət vəkili Elman Nəsirovun Lefkoşada Atatürk Mədəniyyət Mərkəzində düzənlənən Novruz Bayramı tədbirində iştirakını təmin etməkdir.Eyni zamanda görüş çərçivəsində Heydər Əliyev Fondunun hazırladığı "Azərbaycanı Tanıtım" filmi də nümayiş etdirilmişdir.
Onu da qeyd edək ki, Parlament üzvünün səfəri davam edir və hazırda onun görüşləri həyata keçirilir. Şimali Kirp daxili işlər naziri Dursun Oğuzla görüş bu qəbildəndir.
Xatırladaq ki, millət vəkili Elman Nəsirovu Dünya Barış Universitetinin rektoru Ahmet Alpay Dikmen, prorektor xanım Behiyye Çavuşoğlu və KADM/ Kipr-Azərbaycan Diaspor Mərkəz İdarə Heyətinin sədri Raul Diniyev müşayət edib.





