Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (11-03-2024, 09:08)
"Azərbaycana milyardlarla təzminat ödəməlidirlər" - Başqa cür ola da bilməz...

"Azərbaycana milyardlarla təzminat ödəməlidirlər"
Xankəndi şəhərində işğal dövründə inşa edilmiş qanunsuz tikililər sökülür. Azərbaycan hökuməti həmin qanunsuz binaları sökməklə ərazimizdə mövcudluğuna son qoyulmuş separatçıların son izlərini də aradan qaldırır.
Sökülən qanunsuz tikililər arasında qondarma qurumun “parlament” adlanan binası və “Artsaxı azad etmiş döyüşçülər” ittifaqının binası (Ermənistan Respublikasının Könüllülər İttifaqı da (“YERKRAP”) adlanır) da var.
Üçmərtəbəli, sahəsi 1350 kvadratmetr olan binada qondarma rejimin 33 "deputat"ı fəaliyyət göstərib. Onlar separatçıların mənfur siyasətini dəstəkləyiblər. Bu bina Azərbaycana qarşı işğal və soyqırımı planlarının cızıldığı və qərarların qəbul olunduğu terrorçu yuvası olub. Məhz bu səbəbdən də həmin binanın sökülməsinə başlanılıb.
Xankəndidə qanunsuz tikililərin sökülməsi Ermənistanda yersiz səs-küyə səbəb olub. Ermənilər bu binaların, eləcə də digər qanunsuz tikililərin sökülməsinə siyasi don geydirməyə çalışır, guya erməni irsinin silinməsi kimi təqdim etməyə cəhd göstərirlər. Lakin bu iddiaların hamısı əsassızdır.
Xankəndi şəhərinin Baş planı hələ SSRİ zamanında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsdiqlənib, şəhərdə Azərbaycan SSR tərəfindən geniş tikinti-quruculuq işləri aparılıb.
Ermənistanın Qarabağı işğal etməsindən sonra isə Xankəndidə lazımsız tikinti işləri həyata keçirilib, şəhərin Baş planına uyğun olmayan tikililər inşa olunub.
Milli Cəbhə Partiyasının sədr müavini
Tural İrfan isə "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanın Xankəndidə, yaxud Qarabağın istənilən ərazisində söküntü, tikinti işləri aparmasına heç kəsin qarışmaq haqqı yoxdur:

"Ermənilər əski Azərbaycan əraziləri olan İrəvan, Göyçə, Dərələyəz, Vedibasar, Zəngəzur kimi qədim mahallarımızda dini, mədəni abidələri dağıdıb türk, İslam izini silməyə çalışıblar. Ancaq Azərbaycan Bakının mərkəzində erməni kilsəsini qoruyub saxlayıb.
Odur ki, Xankəndidə separatçı ermənilər bəzi təxribatçı binalar tikmişdilər ki, bu binalar terror aktları həyata keçirmək, planlamaq üçün onların istifadə etdiyi tikililər idi. Baş plana uyğun olmayan, şəhərin nizamını pozan o əcaib binaların yerində əhalimiz üçün normal binalar tikiləcək. Qondarma rejimin qondarma "parlament binası" da bu təxribatçı tikililərin arasındadır ki, bunu əsla saxlamaq olmaz".
T. İrfanın sözlərinə görə, erməni separatçıları elə həyasızdırlar ki, Azərbaycanın öz ərazisində apardığı işlərə də müdaxilə etməyə cəhd edirlər: "Onların heç bir haqqı yoxdur, bu müdaxiləyə. Onlar 30 il ərzində öz dağıtdıqlarına cavab verməli, Azərbaycana milyardlarla təzminat ödəməlidirlər. Sonra da indiki Ermənistan, qədim Azərbaycan torpaqlarında dağıtdıqları məscidlərin, qəbirlərin, digər abidələrin hesabını verməlidirlər, verəcəklər də.
Ermənilərin bu addımı "qara məni basınca mən qaranı basım" prizmasına uyğundur. Əsl etirazı, əsl təzminat davasını biz açmalıyıq ki, ərazilərimizi bir qərinə işğal altında saxlayıb talayıblar.
Hesab edirəm ki, Ermənistandakı müyyən qüvvələrin bu kimi sərsəm sözlərinə diqqət ayırmaq lazım deyil. Çünki hüquqi, siyasi, tarixi faktlar onu sübut etdi ki, Ermənistan işğalçıdır və haqsızdır".
шаблоны для dle 11.2

Xəbər lenti
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024