Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (5-03-2024, 09:35)
Ərdoğan son şərtini açıqladı: “Azərbaycansız olmayacaq”

Ərdoğan son şərtini açıqladı: “Azərbaycansız olmayacaq”
Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Rusiya xarici işlər naziri Sergey Lavrov bildirdi ki, Ermənistan KTMT-də qalıb-qalmayacağına qərar verməlidir. Lavrov Rusiyanın buna uyğun olaraq, Ermənistanla münasibətlərinə yenidən baxa, konkret addımlar ata biləcəyini söylədi. Sizcə, onun xəbərdarlığı nədən xəbər verir, Rusiya praktikada ondan və KTMT-dən uzaqlaşan Ermənistana qarşı hansı addımları ata bilər?

- Hələ ki, ideoloji savaş gedir, tərəflər bu kontekstdə bir-birinə ən müxtəlif ittihamlar səsləndirirlər. Mediaya “Rusiya Ermənistanı işğal edəcək, “Rusiya Ermənistanı cəzalandıracaq” kimi məlumatlar sızdırılır. Əslində, Rusiya aranı qızışdırıb yenidən Ermənistanla Azərbaycanı toqquşdurmaq istəyir. Söhbət Zəngəzur istiqamətindən gedir. Azərbaycan buna getmir, qəti şəkildə imtina edir. Əgər Rusiya Ermənistana hücum istəyirsə, bunu özü etsin, bizlik deyil. Prezident İlham Əliyev də çox açıq dedi ki, biz müharibə istəmirik, Ermənistana hücum etmək fikrimiz də yoxdur.

Hesab edirəm ki, Ermənistana hücum, hakim rejimi devirib yerinə “Qarabağ klanı”nı gətirmək kimi planlar gündəlikdən çıxır. Çünki Rusiya Ermənistana hücum etsə, yeni təzyiqlərlə üz-üzə qalacaq. Bu halda Moskva Qərb tərəfindən yeni sanksiyalara məruz qalacaq. Zatən, Navalnının ölümündən sonra dünyanın Rusiyaya münasibəti 180 dərəcə dəyişib. NATO ölkələri Rusiya ətrafında “qısqac çənbəri” formalaşdırmağa başlayıblar. İnanmıram ki, Rusiya bu durumda Ermənistana hücum edəcək. Bunu gündəlikdən çıxmış hesab edirəm.

- Rusiya Ermənistanın ondan aralanmasına göz yumacaq?

- Belə asanlıqla razılaşmayacaq. Məsələn, bu durumda neft-qazı kəsəcək, ticarət əlaqələrini ya dayandıracaq, ya da minimuma endirəcək. Ermənistan üçün ən qorxuncu budur: Rusiyada yaşayan erməniləri çıxarmağa başlayacaqlar. Lavrov buna Antalyada da eyham vurdu. Rusiyada 2 milyona yaxın erməni yaşayır, onların çıxarılması Ermənistan üçün ciddi problemlər yaradacaq. Bu, Ermənistan üçün həlsiz problemə çevrilə bilər. Üstəgəl, Rusiyanın Ermənistanda əmlakları var. Ermənistan yüksək həcmli borcların müqabilində bu əmlakları Rusiyaya satıb. Bu məsələ də Ermənistana üçün başağrısı ola bilər.

- Lavrov Antalyada türkiyəli həmkarı Hakan Fidanla Azərbaycan-Ermənistan sülh prosesi və nəqliyyat dəhlizlərinin açılması prosesini də müzakirə etdi. İki ölkə arasında bu yöndə hansı razılaşmalar ola bilər, xüsusən də Zəngəzur dəhlizi ilə əlaqədar?

- Moskva hesab edir ki, açılacaq dəhlizin təhlükəsizliyini Rusiya sərhədçiləri təmin etməlidir. Hələlik buna nail ola bilmirlər. İrəvan bildirir ki, suverenlik və təhlükəsizlik hüququ Ermənistanda olmalıdır. Yəni bu məsələnin yekun razılaşması yoxdur. Bundan başqa, Zəngəzur dəhlizinin Ermənistan tərəfinə düşən hissəsinin tikintisi də başlamayıb. Zənnimcə, ruslar yerlərdə qaldıqca, regionda qarışıqlıq olacaq, razılığa gəlmək çətin olacaq. Avropa Birliyi və ABŞ işə qarışsa, proses sürətlənə bilər, qarışmasa, Rusiya ləngiməni davam etdirəcək.

- Prezident Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi Azərbaycanla koordinasiyalı şəkildə aparılacaq. İrəvan bu mesajdan hansı nəticəni çıxarmalıdır, bu nöqtədən sonra ermənilər hansı xətt üzrə hərəkət edəcəklər?

- Türkiyə bölgədə sabitlik və sülhün bərqərar olmasında maraqlıdır. Əlbəttə, Türkiyə bu baxımdan Ermənistanla sərhədlərin açılmasını istəyir, amma şərtləri var. Türkiyə Rusiyanın bölgəni yenidən qarışdıracaq planlarının qarşısını almağa çalışır.

Zənnimcə, bölgə savaşdan çox sülhə yaxındır, Berlin görüşü lazımi nəticələri verir. Məsələ böyük ölçüdə razılaşdırılıb, indi əsas məsələ liderlərin görüşüb sənədləri imzalamaları ilə bağlıdır. İndi Türkiyə bəyan edir ki, sülh müqaviləsinin imzalanması yaxındadır. Ankaranın dediyi budur ki, gərginlik bitsin.

Ankara və İrəvan razlığa gəldi ki, sərhədlər açılsın, diplomatik münasibətlər qurulsun, amma Ermənistan bunun müqabilində öz iddialarından əl çəksin və bununla bağlı bəyanat versin. Təsadüfi deyil ki, ötən həftəsonu Türkiyənin rəsmi nümayəndəsi gözlənilmədən bəyan etdi ki, İrəvanda görüşərək məsələlərə son qoymağa hazırdırlar. Bu, gözlənilməz hadisə idi, buna görə də rezonans doğurdu. Yəqin ki, yaxınlarda həyəcanlı və ümidverici hadisələrin şahidi ola bilərik.

- Ermənistan mətbuatında Azərbaycanın guya 33 kəndi ələ keçirdiyinə dair qondarma xəritə yayımlanıb. Bu saxta iddianı da Baş nazir Nikol Paşinyan ortaya atıb. Bu məsələ prosesləri hansı yönə çəkə bilər?

- Ermənilərin adlarını çəkdikləri kəndlərin hamısı Azərbaycan əraziləridir. Ermənilər işğal və ya müharibə dövründə öz sərhədlərini bəzi istiqamətlərdə 10-12 kilometr Azərbaycanın içərisinə doğru çəkmişdilər. Azərbaycan bu məsələni də çözdü. Zənnimcə, bu kimi iddialar və ya qalan məsələlər sülh müqaviləsinin imzalanmasına mane olmayacaq. Sərhədlərin dəqiqləşdirilməsi sülh sazişinin imzalanmasından sonra da həll edilə bilər. Qazaxın sərhədə bitişik 4 kəndini qaytara bilərlər, amma anklavlar və yolların açılması məsələsi hələ bir müddət çəkəcək.

Bölgədə kommunikasiyalar o zaman tam açılacaq ki, Ermənistan Zəngəzur dəhlizinin öz üzərinə düşən hissəsinin tikintisini tam bitirəcək. Qazax-İcevan dəmir yolu da bununla birlikdə açılacaq. Qars-Gümrü dəmir yolunun açılması da mümkündür. Ermənistan bundan sonra dəmir yolları ilə Avropaya çıxış əldə edəcək. Əlbəttə, bütün bunlar yekun sülh müqaviləsindən sonra olacaq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024