Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (23-02-2024, 17:59)
Deputatlar "Qarabağ"ı belə TƏBRİK ETDİLƏR...

 Məlum olduğu kimi, “Qarabağ” UEFA Avropa Liqasında növbəti mərhələyə yüksəlib.
Təmsilçimiz pley-off mərhələsində Portuqaliyanın “Braqa” komandasına 3-2 hesabı ilə məğlub olmasına baxmayaraq, ümumi hesabda 6-5 qalib gəlib.
Bununla da Ağdamın "Qarabağ" klubu UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yüksəlib. Bu isə Azərbaycan futbolunda yeni tarix deməkdir. Tarixdə ilk dəfə olaraq komandamız Avropada bu mərhələyə yüksəlməyə nail olub. Bu inanılmaz zəfər isə bütün Azərbaycan xalqını sevindirir.
“Cebhe.info” “Qarabağ”ın bu tarixi zəfəri ilə bağlı Milli Məclisin deputatlarının təəssüratlarını öyrənib.
Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev bu tarixi zəfərə görə çox sevindiyini deyib:
 


“Keyfiyyətli insan və bacarıqlı baş məşqçi olan Qurban Qurbanova təşəkkür edirəm. İlk dəfə bir Azərbaycan klubunun bu tarixi uğura nail olmasında həlledici qolu vuran Nəriman Axundzadəyə təşəkkürümü bildirirəm. Həqiqətən də, Azərbaycana qələbələr yaraşır. Yaşasın “Qarabağ”, yaşasın Azərbaycan!”.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı də bu möhtəşəm qələbəyə görə “Qarabağ”ı və Azərbaycan xalqını təbrik edib:
 


“Bu qələbə münasibətilə Qurban Qurbanov başda olmaqla, bütün “Qarabağ” heyətini və azarkeşlərini təbrik edirəm. Əminəm ki, komandamız sona qədər gedə biləcək. Çünki onlar üçün kifayət qədər motivasiya var. Qələbə bizimlədir, bizimlə də olacaq. Qarabağ Azərbaycandır! “Qarabağ” futbol komandası da öz uğurlarını davam etdirməlidir. Hər kəsi təbrik edirəm”.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa dünən möhtəşəm oyun olduğunu diqqətə çatdırıb:

“Həqiqətən də “Qarabağ”ın bu zəfərinə inanılmaz qəhrəmanlıq tarixi kimi baxılmalıdır. Bu cür imkanlar çərçivəsində belə bir qələbə qazanmaq ancaq fövqəladə fədakarlıq tələb edirdi.
Baş məşqçi Qurban Qurbanov çox ağıllı formada komandanın sistemini dağılmağa qoymadı. Nəticədə, futbolçular ən çətin anlarda belə qələbə üçün lazım olanı etdilər. Ona görə də bu, böyük bir uğurdur. Bu uğurun Azərbaycan futbolunun inkişafına və ölkəmizin dünyadakı imicinin möhkəmlənməsinə böyük təsiri olacaq.
“Qarabağ” artıq xarakter komandası kimi özünü qəbul etdirdi. Portuqaliyanın ən güclü komandalarından olan “Braqa”nı qeyri-bərabər şərtlərdə mübarizədən kənarlaşdırmaq çox böyük uğurdur. Hakimin komandamıza qarşı bir az qərəzli mövqe nümayiş etdirdiyini də nəzərə almalıyıq. Buna görə, “Qarabağ”ı təbrik edirəm”.
Millət vəkili Elman Nəsirov qeyd edib ki, “Qarabağ” futbol klubu Vətən müharibəsindəki zəfərimizi meydanlarda davam etdirir:
 



“Azərbaycan dövləti dünya miqyasında orta güclər siyahısındadır. Ancaq idman aləmində Azərbaycan inkişaf etmiş dövlətlər sırasındadır. Bunu birmənalı şəkildə söyləyə bilərik. Bu sırada olmağımızı şərtləndirən bir çox idman növü var. Təəssüf ki, uzun illər bu idman növləri arasında futbolun adını çəkə bilmirdik. Bu sahədə ciddi boşluqlarımız vardı.
Bu gün isə şərəf və qürur hissi ilə deyə bilərik ki, “Qarabağ” futbol komandası bu uğursuzluğa son qoydu. Komandamız sözün əsl mənasında “Qarabağ” zəfərinə layiq qələbələrə imza atır və zəfərimizi meydanlarda davam etdirir.
Bu nöqteyi-nəzərdən, “Qarabağ”ın dünən UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yüksəlməsini bizim tarixi zəfərimizə ithaf kimi qiymətləndirmək olar. Komandamız ümumi hesabda 6-5 hesabı ilə qalib gələrək bu tarixi uğura nail oldu.
Hesab edirəm ki, bu naliyyətin tarixi mənası da var. Buna sadəcə idman hadisəsi kimi yanaşmaq səthi yanaşma olar. Bu, həm də böyük bir siyasi hadisədir. Fikrimcə, bu zəfərin siyasi çəkisi və mənası da var. “Qarabağ”a eşq olsun!”.
Deputat Vüqar İskəndərov da qeyd edib ki, Azərbaycanın Qarabağ zəfərinin idmandakı davamını “Qarabağ” futbol klubu gətirir:
 





“Komandamız bizə böyük bir idman zəfəri qazandırdı. Bu, ölkəmizin ümumi inkişafına və dövlət başçısının idmana olan diqqətinə bir işarədir. Bu qələbə sevinci müharibədəki zəfərin ardından insanların küçəyə çıxaraq onu qeyd etməsinə bənzəyirdi. 
Avropanın bir çox inkişaf etmiş və futbol ənənəsi olan ölkəsini geri qoymağızla qürur duyuruq. “Qarabağ” klubunun bu uğuru Vətən müharibəsindəki qələbəmizin rəmzi mənasını daha da zənginləşdirdi. Biz son illərdə Qarabağ sözünün yanında qələbə, zəfər, coşqu və sevinc sözlərini istifadə edirik. 
Əlbəttə ki, bu da hər birimiz üçün böyük bir stimul və şərəfdir. Düşünürük ki, Azərbaycan idmanın, futbolunun uğurları təkcə “Qarabağ”la bitməyəcək, digər klublarımız və milli komandamız da illər ötdükcə gücünü artıracaq. Azərbaycan adının bütün idman yarışlarında şərəflə təmsil olunacağına əminik”.
Deputat Naqif Həmzəyev də bu qələbə münasibətilə qürur duyduğunu söyləyib: 
 




“Azərbaycan xalqını, “Qarabağ” futbolçularını və Qurban Qurbanovu təbrik edirəm. Bu, həqiqətən də tarixi zəfərdir. Düşünürəm ki, “Qarabağ”ı bundan sonra daha çətin sınaqlar gözləyir. Amma təmsilçimiz dəfələrlə bu sınaqları keçib. Biz dünən yalnız “Braqa” üzərində qələbə qazanmadıq, həm də hakim ədalətsizliyinə qalib gələ bildik.
İnanıram ki, “Qarabağ” bundan sonrakı oyunlarda daha böyük uğurlara imza ata bilər. Şükürlər olsun ki, futbolçularımız xalqımıza bu sevinci yaşada bildi. Bu münasibətlə bir daha xalqımızı təbrik edirəm və komandamıza uğurlar arzulayıram”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
27 04 2024
27 04 2024