Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (15-10-2023, 17:31)
Tarix yazan və adını tarixə yazdıran lider

 

Müasir beynəlxalq koordinatlar sisteminin nizamı pozulubdur. Beynəlxalq hüquq “erroziya”ya uğrayıb. Bu reallığı şərtləndirən çoxsaylı motivlər və səbəblər mövcuddur. Onların sırasında bir amilin rolunu xüsusi qeyd etmək istərdim. Bu, ilk növbədə, planetimizdə qlobal lider kəsiri – məhdudluğu ilə bağlı məsələdir. Bu gün ABŞ-a heç də Franklin Delano Ruzveltlər, Böyük Britaniyaya Uinston Çerçillər, Fransaya Şarl de Qollar və Almaniyaya Konrad Adenauerlər rəhbərlik etmirlər. Həmin qlobal siyasi liderlərin müasir varisləri heç bir halda sələflərinə adekvat deyillər. Xələflər nəinki dünya miqyasında təhlükəsizliyin təminatına töhfə verə bilmir, bir çox hallarda öz davranışları ilə lokal, regional və beynəlxalq səviyyələrdə qarşıdurma mühitinin formalaşmasına çalışırlar. Bu baxımdan planetimiz, bəlkə də, heç vaxt indiki qədər təhlükəli olmamışdır. Təhlükənin olduğunu hiss etməməyin özü isə ən böyük təhlükədir.

Müasir dünyamızın sadalanan acı reallıqları fonunda Prezident İlham Əliyev elə də böyük olmayan dövləti­ni – Azərbaycanı beynəlxalq siyasətin subyektindən onun aktoruna çevirmiş­dir. Qlobal təhlükəsizliyin, o cümlədən, qitəmizdə enerji və nəqliyyat təhlükə­sizliyinin təminatında Azərbaycanın rolu misilsizdir. Azərbaycan “dünyaya təkcə neft və qaz deyil, eyni zamanda, mul­tikultural dəyərlər də” ixrac edir. Bu xü­susda, Prezident İlham Əliyevin fikirləri aforizm tutumuna malikdir: “Azərbaycan dünya miqyasında elə də böyük dövlət olmasa da, sözünün məna və çəkisi bö­yükdür.” 

Dövlətimizin rəhbəri son dərəcə təva­zökar insan olduğundan Azərbaycanın dünya miqyasında sözünün izafi çəkiyə malikliyinin real səbəbi qismində öz adı­nı və tarixi fəaliyyətini vurğulamır. Xalqın gözü tərəzidir. Xalq öz liderini sevir. Öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Məsələyə bu xüsusda yanaşdıqda, bö­yük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalqı öna görə cənab Prezidenti sevir ki, o, müasir Azər­baycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kur­sa sadiqdir və son 20 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalqı ona görə Prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, məhz lideri ol­duğu çoxmillətli və çoxkonfessiyalı Azər­baycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, so­sial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır. 

Zəmanəmizin dühası Heydər Əliyevdən “Ona özüm qədər inanı­ram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 20 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. 

Prezident İlham Əliyev Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoy­muşdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl “Əsl siyasət konkret, real iş gör­məkdən ibarətdir” – deyərək ictimai fəa­liyyətə başlayan cənab İlham Əliyevin hələ 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətən­daşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm”, – fikirləri ilə real məzmun kəsb etməyə başladı.

Bu mərhələnin başlanğıc nöqtəsi 2003-cü il 15 oktyabr tarixli pre­zident seçkilərində cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini toplayaraq (76,86 faiz) dövlətin ali rəhbəri seçilməsi ilə qoyuldu. 31 oktyabr 2003-cü ildə keçirilən andiçmə mərasi­mindəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev ölkədə Heydər Əliyev si­yasətini davam etdirəcəyini bir daha bə­yan etdi: “Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Hey­dər Əliyev siyasətinə səs veribdir. Sül­hə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu si­yasətə Azərbaycanda alternativ yoxdur. Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanır. Beynəlxalq aləmdə Azərbaycan yük­səlir, uğurlar qazanır. Azərbaycan bey­nəlxalq aləmdə özünə layiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, Azər­baycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbay­canın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir”.

Prezident İlham Əliyevin, bütövlük­də, 20 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbay­canın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərmişdir. Təkcə daxili siyasətdə de­yil, xarici siyasətdə də varislik prinsipi qorunub saxlanılmışdır. Başqa sözlə, Prezidenti İlham Əliyev Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu coxvek­torlu, müstəqil və milli maraqlara əsas­lanan xarici siyasət kursunu sürətlə də­yişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq cevik, innovativ və hü­cum taktikasına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının mü­dafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır. Bu sta­tusuna tam adekvat olaraq İlham Əliyev həm daxili, həm də xarici siyasət kursu­nun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ dü­şüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir. 

2009-cu ildə ABŞ başda olmaqla Qərb dövlətlərinin təzyiqi nəticəsində Türkiyə–Ermənistan sərhədlərinin açıl­ması prosesi kritik mərhələyə daxil ol­muşdu. Hətta, iş o yerə gəlib çatmışdı ki, Qərb siyasi dairələri həmin il aprelin 6-7-də İstanbul şəhərində “Sivilizasi­yalar alyansı” adlanan bir tədbir təş­kil edib, orada ABŞ-ın yeni Prezidenti Barak Obama və Dövlət katibi Hilla­ri Klintonun Prezident İlham Əliyevlə görüşünü keçirməyi nəzərdə tutmuş­dular. Məqsəd bu görüş çərçivəsində Azərbaycanın dövlət başçısının məlum məsələdə tutduğu güzəştsiz mövqeyinə təsir edib, onu istədikləri istiqamətdə dəyişməkdən ibarət idi. Azərbaycan Prezidenti dünyanın fövqəldövlətinin rəhbəri ilə görüşdən unikal diplomatik manevr hesabına faktiki olaraq imtina etdi. Bununla da hələ 23 yaşında ikən SSRİ Xarici İşlər Nazirliyinin məşhur Beynəlxalq Münasibətlər İnstitutunda diplomatiya ixtisasının incəliklərini tədris etməsinin təsadüfi olmadığını bir daha sübut etdi. Əslində, bütün dünyaya nü­mayiş etdirdi ki, Azərbaycanın qətiyyəti və iradəsi böyükdür. Son nəticədə, bö­yük dövlətlər arxasında xalqı dayanan Prezident İlham Əliyevin siyasi iradəsini nəzərə almaq məcburiyyətində qaldılar. Türkiyə–Ermənistan sərhədləri bu günə kimi bağlıdır. Onların açılması baglan­masına səbəb olan amillər tam aradan qaldırıldıqdan sonra mümkün ola bilər. Bu, iki qardaş dövlətin rəhbərləri olan cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın zamanın sınağından şərəflə çıxmış ortaq mövqeyidir.

Prezident İlham Əliyevin bütün dip­lomatik addımları millli maraqlardan çıxış etməklə zərgər dəqiqliyi ilə he­sablanmışdır və bir çox hallarda siyasi opponentlərin intellekti imkan vermir ki, onlara vaxtında düzgün adekvat reaksi­ya versinlər. Belə unikal siyasi məqsəd daşıyan addımlardan birini Prezident İl­ham Əliyev 2011-ci ilin iyun ayında atdı. Azərbaycan Qoşulmama Hərəkatına üzv oldu. Tərkibində 193 dövlətin olduğu BMT-dən sonra sayca ikinci mövqedə dayanan Qoşulmama Hərəkatına (QH) üzvlük həmin məqsədin reallaşması üçün əlavə və geniş imkanlar pəncərə­si aça bilərdi. Elə belə də oldu. 2011-ci il oktyabrın 24-də BMT TŞ-yə keçirilən seçkilərdə QH üzvləri Azərbaycanın le­hinə səs verdilər. Azərbaycan 155 səslə iki il müddətinə BMT TŞ-nin qeyri-daimi üzvü seçildi. Azərbaycan Respublikası müstəqilliyinin 20-ci ildönümündə tarixi­nin növbəti şanlı səhifəsini yazdı. Onun müəllifi boyük intellekt, iradə və qətiyyət sahibi olan Prezident İlham Əliyev idi.

Məhz iti fəhmi və diplomatik məharəti hesabına Prezident İlham Əliyevin son 20 il ərzində ölkəmizin və eləcə də Av­ropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində atdığı çoxkombinasiyalı siyasi gedişləri heyranlıq doğurur. Dövlət başçımızın uzaqgörən müdrik siyasəti sayəsində Azərbayacan son 20 il ərzində təkcə dünyanın enerji və nəqliyyat xəritə­sini yenidən tərtib etmir, eyni zamanda, dünyada ümumbəşəri dəyərlərin qorun­ması və təbliğı istiqamətində fantastik nailiyyətlərə imza atır. Dünyada siviliza­siyalararası dialoq sahəsində ciddi prob­lemlərin yaşanması, bu fonda konflikt­lərin artması tendensiyasının müşayiət olunması, xüsusilə də islamofoboya kimi təhlükəli meyillərin bir sira dövlətlərin və digər subyektlərin siyasətində özünə geniş yer alması reallığında Azərbayca­nın mədəniyyətlərarası dialoq məkanı­na çevrilməsi faktı da qlobal əhəmiyyət kəsb edən məsələdir. Bu məsələlərin həlli istiqamətində Azərbaycanın təcrü­bəsi digər ölkələr üçün örnək ola bilər. 

Prezident İlham Əliyevin təşəbbü­sü ilə Azərbaycan paytaxtı ikiillik fasilə ilə iki müxtəlif mədəniyyətin daşıyıcılarının böyük idman bayram­larına evsahibliyi etmişdir. 2015-ci ildə tarixdə ilk dəfə olaraq I Avropa Oyunla­rını keçirən Azərbaycan Respublikası, 2017-ci ildə IV İslam Həmrəylik Oyunla­rına evsahibliyi etməklə mədəniyyətlər arasında unikal körpü rolunu oynamış və idman vasitəsilə sivilizasiyalararası barışıq və dialoqa böyük tohfə vermiş­dir. Eyni məntiqdən qaynaqlanaraq, Prezident İlham Əliyev 2017-ci ili “İs­lam Həmrəylik İli” elan etmişdir. Cə­nab İlham Əliyevin İslam həmrəyliyinə xidmət edən bu və digər təşəbbüsləri müsəlman dünyasında rəğbətlə qarşı­lanmış və böyük siyasi rezonans doğur­muşdur.

Bu gün müzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenil­məz Azərbaycan Ordusu torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrin­dən azad etmək kimi müqəddəs vəzifə­ni şərəflə yerinə yetirmişdir. 2020-ci il noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müa­sir hərb elminin ən nadir və unikal əmə­liyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabrın 10-da prezidentlər İlham Əliyev, Vladimir Putin və baş na­zir Nikol Paşiyanın imzaladığı üçtərəfli Bəyanat regionda uzunmüddətli mü­naqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan döv­lətinin kapitulyasiyası aktı oldu. Noyab­rın 20-də Ağdam, noyabrın 25-də Kəl­bəcər, dekabrın 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, şəhid vermə­dən işğaldan azad olundu. 

Azərbaycan dövləti müharibənin acı reallıqlarını nəzərə alaraq, informasiya siyasətini də yenidən qurdu. Bu prosesdə hücum taktikası­na üstünlük verildi. Uğurlu informasiya siyasətinin də müəllifi Prezident İlham Əliyev idi. Ali Baş Komandan müharibə zamanı müxtəlif nüfuzlu əcnəbi televi­ziya kanallarına müsahibələr verdi və beynəlxalq aləmdə formalaşmış yanlış təsəvvürləri büsbütün dağıtdı. 

8 Noyabr–Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarix­dir. Həmin tarixin üç qəhrəmanı vardır: Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan, onun formalaşdırdığı yenil­məz ordu və dəmir yumruğa çevrilmiş xalq. Bu reallıqda Prezident–Ordu –Xalq sözləri sinonimləşmiş, tarixi Zəfərin sim­vollarına çevrilmişdir. Bu tarixi Zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəf­fər sərkərdə olaraq təkcə mənsub ol­duğu ölkənin deyil, əslində, dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, döyüş meydanlarında sü­buta yetirildi. Qəddimiz düz, başımız uca oldu. Qürurumuz özümüzə qaytarıldı. Alnımızdan xəcalət təri birdəfəlik silindi. Birləşdik, bütövləşdik. Ən qatı əleyh­darlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qaldılar. 

Tarixi zəfər nəticəsində təkcə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmadı, həm də erməni faşizminə ölümcül zərbə endirildi. Eyni zamanda, Ermənistanın və dünya ermənilərinin son 30 il ərzində sitayiş etdikləri “Miat­sum” ideologiyası–İrəvan və Qarabağ ermənilərini vahid dövlət tərkibində görməyi hədəfləyən, bu prosesdə qon­şu Gürcüstan ərazisinə də ilhaq zonası kimi yanaşan irticaçı ideya iflasa uğradı. 

Azərbaycan 30 illik münaqişəni hər­bi-siyasi yollarla həll etdi, ərazi bütövlü­yünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Pre­zidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradıldı.

Təəssüf hissi ilə qeyd edək ki, Er­mənistanın siyasi-hərbi rəhbərliyi və onun himayəsi altında Qara­bağdakı xunta rejimininin tör-tökün­tüləri, görünür, hələ də strateji məğ­lubiyyətlərindən lazımı nəticə çıxara bilməyiblər. Əks halda, Ermənistanla şərti sərhədlərimizdə törətdikləri hərbi insidentlərə, doyüş mövqelərimizi iri- çaplı silahlarla atəşə tutmalarına, mülki şəxslərə və polis nəfərlərinə qarşı mina terroru siyasəti həyata keçirmələrinə nə ad vermək olar?!

Prezidenti İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsu­si xidmət orqanları rəhbərləri Şurası­nın 53-cü iclasının iştirakçılarını qəbul edərkən qeyd etdi ki, “Təxribat hərəkət­lərinə son qoymaqla bağlı Azərbayca­nın etdiyi çoxsaylı çağırışlar təəssüf ki, bütün ciddiliyi ilə qəbul edilmədi. Və­ziyyət daha da gərginləşdi, çünki bu il sentyabrın 2-də Ermənistan baş naziri qondarma “Dağlıq Qarabağ respublika­sının” yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu göndərdi. Bu, “qırmızı xətti” keçmək demək idi və təbii ki, Azər­baycan buna dözə bilməzdi. Bu, bizim ərazimizə qarşı açıq-aşkar iddia irəli sürülməsi idi. Sentyabrın 9-da qondar­ma “Dağlıq Qarabağ”ın qondarma haki­miyyət orqanları “seçki” keçirdilər, özlə­rinə yeni başçı seçdilər, bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi.” 

Formalaşmış şəraitdə sentyabrın 19-da Azərbaycana antiterror təd­birləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qalmadı. Bir sutkadan da az davam edən antiterror tədbirləri nə­ticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərksilah edildi, 10-15 min nəfərlik çoxminli kontingent silah­sızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu. Qeyd olunan təd­birdə Prezident İlham Əliyevin vurğula­dığı kimi, “Buna paralel olaraq, biz artıq Qarabağın erməni əhalisinin reinteqra­siya planını açıq şəkildə dərc etdik, bu plan internetdə də mövcuddur. Erməni əhalisinə öz evlərində qalmaqla bağ­lı çağırış edildi, çünki bizim tədbirlərin hədəfləri dəqiq xarakter daşıyırdı. Mülki infrastruktur, mülki obyektlər və mülki şəxslər zərər çəkmədilər. Artıq dediyim kimi, bütün tədbirlər 24 saatdan da az davam etdi. Bu müddət Ermənistanın qanunsuz hərbi birləşmələrinin tam şə­kildə demoralizasiyası və mahiyyət eti­barilə, təslim olması üçün kifayət etdi”. 

Uzun illər ərzində ilmə-ilmə işlənən, müxtəlif dövrlərdə Cənubi Qafqazla bağlı planları olan qüvvələrin dəstə­yi ilə reallaşdırılmağa çalışılan “böyük Ermənistan” planı Azərbaycan liderinin uzaqgörən siyasəti, qətiyyəti və iradəsi sayəsində süquta uğradı, darmadağın edildi. Ermənilərin “ikinci erməni dövləti” xəyalları birdəfəlik məhv edildi.

Qarabağda Azərbaycan xalqının qanını tökmüş, Xocalıda soyqırımı törətmiş hərbi canilər artıq əli qandallı Bakıya gətirilmiş, onalara qarşı istintaq hərəkətlərinə başlanılmışdır. İnsanlıq əleyhinə ağır cinayətlər törətmiş bu mü­haribə canilərinə qarşı sərt və ədalətli cəzanın tətbiq olunacağı labüddür.

Son iyirmi il Azərbaycanın dövlətçi­lik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olmuşdur. Ölkə həya­tının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilmişdir. Azərbaycanın zəngin iqti­sadi, siyasi və hərbi potensialı yaradıl­mışdır. Bütün bu nailiyyətlərin təməlin­də ulu öndər Heydər Əliyevin başladığı və möhtərəm Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır.

Bu məqamda Rusiyanın tanınmış ictimai xadimi, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksand Duginin fikirlərinə istinad etmək yerinə düşər: “Düşünürəm, hal-hazırda İlham Əliyev dünyada bir nömrəli siyasətçidir. Son illər, ərzində, heç bir siyasi liderə İlham Əliyev qədər öz xalqı və dövlətinin milli maraqlarının müdafiəsi işinin öhdəsin­dən belə parlaq səviyyədə gəlmək nə­sib olmamışdır.” 

Elman NƏSİROV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının professoru, siyasi elmlər doktoru, Milli Məclisin deputatı

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024