Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (9-02-2015, 12:22)
“Ermənistan müharibəyə hazırlığını başa çatdırıb”

 
 

bitmap-img6



“Ermənistana rəhbərlik edən Qarabağ klanı düşünür ki, Ermənistanın, hətta nəzəri cəhətdən qələbə çalmaq şansı varsa, bu yalnız yaxın vaxtlardakı müharibədə mümkündür”

 

Mediatv.AZ  xəbər verir ki, bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib. Politoloq qeyd edib ki, Ermənistanın Azərbaycanla müharibə aparmasının əsas səbəbi Azərbaycanla Ermənistanın hərbi gücləri arasındakı fərqin sürətlə Ermənistanın ziyanına dəyişməsidir. Ona görə də Ermənistan nəyin bahasına olursa-olsun, müharibəyə getməlidir. Ermənistan müharibəyə hazırlığını başa çatdırıb:
I. İmkanlarından çox miqdarda silah ala bilib. 2014-cü ildə militarizasiya indeksinə görə dünyada üçüncü, Avropada isə birincidir.
II. Ermənistan avqust insidentini özünün qələbəsi kimi təqdim etdikdən sonra Ermənistan xalqına 20 gün ərzində 11 hərbçi itirməsini də qələbə kimi sırıya bildi. Ermənilər qoşunların təmas xəttində öz ordularının qələbə çaldığına inanırlar.
III. Müdafiə naziri S.Ohanyan preventiv hücum strategiyasını aktuallaşdırdı.
IV. Ermənistan prezidenti S.Sarkisyan preventiv hücum strategiyasını nəinki təsdiqlədi, hətta bunun yaxın vaxtlarda və erməni qoşunlarına yaxın Azərbaycan ərazilərində reallaşacağını bildirdi.
V. Xarici işlər naziri E.Nalbandyan Azərbaycanın radikal islamçılarla əlaqəsini yenidən gündəliyə gətirdi.
VI. Ermənistanın daxilində hərbi, tibbi müəssisələr müharibəyə hazır vəziyyətə gətirilib. Bəzi qapalı xəstəxanalar (həbsxana xəstəxanaları) da boşaldılıb.
VII. Ermənistanın regionlarında hərbi çağırış elan edilib. Hərbi mükəlləfiyyətlilər yenidən orduya çağırılır. S.Sarkisyanın müharibə avantürasının səbəbləri bəllidir.
M.Əhmədoğlu vurğulayıb ki, ermənilər öz prizmalarından tarixi də özləri üçün düzgün müəyyənləşdiriblər: “Başqa sözlə, tarix müharibəyə hazırlığın tərkib hissələrindən biridir”.
Politoloqun fikrincə, S.Sarkisyanın indiki müharibəyə hazırlığını onun bütün həyatı boyu ən böyük kombinasiyası adlandırmaq mümkündür. Kombinatorluğun elementləri aşağıdakılardır:
I. ATƏT MQ həmsədrləri ilk baxışdan Azərbaycanı ittiham edən bəyanat yaydılar: guya Azərbaycan dinc danışıqlarla bağlı öhdəliyini yerinə yetirmir. Amma bu öhdəliyin nədən ibarət olduğunu açıqlamadılar. Həmsədrlərin regiona gəlmək arzusu çoxdan mövcuddur. Həmsədrlər Azərbaycanın ərazi bütövlüyünü inkar edirlər. Bu səbəbdən ola bilər, Azərbaycanın yüksəkçinli rəsmiləri həmsədrlərlə və ya həmsədrlərdən hər hansı biri ilə görüşmək istəməsin. Həmsədrlərin mandatına görə Azərbaycan rəhbərliyi həmsədrləri qəbul etməli, onların fəaliyyətinə şərait yaratmalıdır. Bu, öhdəliklərdən biridir, amma Ermənistanda həmsədrlərin bu öhdəliyinin yerinə yetilməməsi ilə bağlı iradlarını özlərinə dəstək kimi başa düşürlər. Guya həmsədrlər Azərbaycanı hərbi aqressiyada günahlandırırlar. Həmsədrlərlə Ermənistan rəhbərliyinin birgə fəaliyyətinə şübhəmiz yoxdur. Ola bilər, yaranmış vəziyyət də məhz birgə fəaliyyətin nəticəsidir.
II. Gümrüdəki rus əsgərin törətdiyi insident Ermənistan prezidenti S.Sarkisyanda yalnız ermənilərə məxsus assosiasiya yaradıb: Ermənistan xalqı inanacaq ki, Permyakovu Ermənistan tərəfinə verməyən RF bunun əvəzini Dağlıq Qarabağda ermənilərə dəstək verməklə ödəyəcək. Başqa sözlə, S.Sarkisyan açıq-aşkar Rusiyanı şantaja çəkir. 2013-cü il sentyabrın 3-dən az keçmiş S.Sarkisyan iki dəfə belə cəhdlər etdi. Guya Ermənistan Aİİ-yə üzv olmağının əvəzində Rusiya Ermənistana Dağlıq Qarabağda hərbi əməliyyatlar keçirməyə şərait yaradıb. RF rəhbərliyinin məsələdən xəbər tutub işə qarışması ilə S.Sarkisyanın bu niyyəti baş tutmadı. Hətta S.Sarkisyanın hərbi əməliyyatlara başlamaqla bağlı ikinci cəhdi Naxçıvanı əhatə edirdi.
III. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Yerevanda İran-Ermənistan münasibətləri və Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı şablona çevrilmiş köhnə fikirləri təkrarladı: ən yaxşı münasibətlər, tam iqtisadi əməkdaşlıq, Mehri və Qaraçilər SES-lərin tikintisi, İran-Ermənistan dəmiryolunun çəkilməsi; münaqişə yalnız dinc yolla tənzimlənməlidir. “Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi” termini Ermənistanda “Dağlıq Qarabağın Ermənistana verilməsi” və ya “Dağlıq Qarabağın müstəqilliyi” assosiasiyasını yaradır. İran özündən 1000-1500 km uzaqda - Fələstində müharibəyə insan, maliyyə, hərbi texnika resursları ilə dəstək verir. Öz ərazisinə söykənən məkanda isə müsəlman torpağının hər yolla azad olmasının əleyhinədir. İranın belə mövqeyi Ermənistanda bəlli siyasəti formalaşdırır.
IV. Ermənistanın 2014-cü illə bağlı hesabatlarının İranın xarici işlər nazirinin Yerevana səfəri və ATƏT MQ-nin bəyanatı ilə üst-üstə düşməsi diqqəti çəkir. Sanki rəsmi Yerevan bilərəkdən yanvarın sonunu seçib. Ermənistanın Müdafiə və Xarici İşlər nazirliklərinin hər ikisinin hesabatında Azərbaycana qarşı aqressiv fikirlər geniş yer alıb. Prezident S.Sarkisyan hərbçilər qarşısında çıxış edərkən Azərbaycanı açıq hədələdi: Azərbaycan torpağında ermənilərin hərbi əməliyyat keçirmək, Azərbaycan Ordusuna preventiv zərbələr endirmək hüququnu bəyan etdi.
Politoloqun sözlərinə görə, baş verənlər təsadüfi deyil: “Ermənistan indiki müharibə planını reallaşdırmaqda ATƏT MQ-nin dəstəyinə arxalanır. Başlayacağı müharibədə Rusiya və İranın adından gen-bol istifadə edə bilir. Azərbaycan müharibə ilə üz-üzədir. Bu müharibəni də ermənilər başlayır. S.Sarkisyan öz xalqını o səviyyəyə qədər qırdırmalıdır ki, Qarabağ unudulsun. Ermənistanın daxili vəziyyəti ağırdır, S.Sarkisyan buna məcburdur”.
M.Əhmədoğlu əlavə edib ki, ATƏT MQ həmsədrləri müharibəni başlama zamanının müəyyənləşdirilməsi məsələsində Ermənistanın və Azərbaycanın mövqeləri arasında balans yarada bilməyiblər.
Onun sözlərinə görə, Azərbaycan müharbənin nisbətən uzaq zamanda başlamasına hazırlaşır: “Ermənistan isə ən yaxın zamanda müharibəyə başlamağa məcburdur. Çünki işğalçılığından əl çəkmək niyyətində deyil. ATƏT MQ hal-hazırda beynəlxalq ictimaiyyətdə ciddi nüfuza malik deyil. ATƏT-in Bazel ministerialında ATƏT MQ həmsədr ölkələri nümayəndə heyətləri başçılarının qəbul etdikləri sənədlə həmsədrlərin il ərzində təlqin etdikləri ermənipərəst mövqe arasında xeyli fərqi var”.
Politoloq əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri zamanı Angela Merkelin də Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı verdiyi bəyanatda həmsədrlərə laqeydlik aşkar hiss olunur: “Həmsədrlərin fəaliyyətləri onların nüfuzunu aşağı salır. Ona görə həmsədrlərin Azərbaycanı ittiham etməsinin ciddi rezonans yaradacağı inandırıcı deyil. Bu, xüsusilə müharibə başlayacağı dövrdə daha aktualdır. Müharbənin qarşısını alan tədbirlərə ciddi ehtiyac yaranıb. İlk növbədə həmsədrlər müharibənin necə başlanmasının izahını verməlidirlər. Həmsədrlərlə sıx əməkdaşlıqda olan Ermənistanın necə militarizasiya üzrə Avropa çempionuna çevrilməsi də aydınlaşdırılmalıdır. Eləcə də, həmsədrlər izah etməlidirlər ki, kasıb Ermənistan silaha pulu haradan tapıb”.
M.Əhmədoğlu əlavə edib ki, Ukrayna tənzimləməsində A.Merkel-F.Olland təşəbbüsünün Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində tətbiqi çox yerindədir: “Azərbaycan Ordusu öz sözünü deməlidir. Ermənistanın preventiv zərbə strategiyası Azərbaycan Ordusunun preventiv zərbələri ilə neytrallaşdırılmalıdır”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024