Siyasət (7-02-2015, 16:32)
"Səfir və müavinini bu cür “soxulcanlar”dan qorumağa hazırıq!"- Abbas Abbasova qarşı daha bir qiyam
"Ümumrusiya Azərbaycanlıları Konqresi”nin Volqoqrad vilayətinin üzvləri son günlər mətbutada, xüsusən də "AzərRos”un saytında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna və onun müavini Qüdsi Osmanova qarşı qərəzli tənqidi, heç bir əsası olmayan məlumatlar yayılmasına etiraz olaraq müraciət yayıblar.
Müracitədə deyilir ki, hörmətli soydaşlarımız və həmvətənlərimiz, bizim bu müraciət əclaf insanlar tərəfindən hazırlanaraq mətbuatda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun və onun müavini Qüdsi Osmanova qarşı qarayaxma kampaniyası aparılmasına etiraz olaraq yayılır:
"Çox təəssüflə qeyd etmək istərdik ki, belə tənqidi fikirili yazılar üçün daha çox "AzərRos”un saytından bir alət kimi istifadə olunur. Baxmayaraq istənilən xalqın səfiri onun siması sayılır, amma bu yazıların "sifarişçiləri"nin bu hərəkətləri ilə millətin imicinə xələl gətirməkdə maraqlı olduqları aydın görünür. Artıq bunlar yetər. Bəlli oldu ki, bu insanlar özlərini Rusiyada milli-muxtariyyətin hüquqlarının müdafiəçisi və Azərbaycanın inkişafının tərəfdarı kimi təqdim etsələr də əslində daha çox özünüreklam və ucuz populizmlə məşğul olurlar.
Təəssüfləndirici fakt ondan ibarətdir ki, həmin şəxslər bu gün "AzərRos”un rəhbərliyində əyləşən bir qrup adamlardı. Hansı ki, bu adam uzun illər Azərbaycanda yüksək vəzifələrdə, baş nazirin müavini postunu tutmuş şəxsdir. Baxmayaraq ki, bu şəxs vaxtı ilə bizi inandırmağa çalışdı ki, o öz təcrübəsindən istifadə edib öz xalqının imicini zirvələrə qaldırmaq, xoş gələcəyi üçün Azərbaycan prezidenti İlham Əliyevə xidmət edəcək. Həmçinin Rusiyada yaşayan azərbaycanlıların konsolidasiyasına çalışacağı barədə yağlı vədlər vermişdi. Təəssüüflər olsun ki, onun bu böyük vədləri boşa çıxdı və bunların hamısı yalanmış.
Ona görə də müraciəti imzalayan Ümumrusiya azərbaycanlıları konqresinin Volqoqrad Vilayətinin üzvləri Rusiyada yaşayan azərbaycanlılar arasında parçalanma yaratmağa çalışan insanların hərəkətini qətiyyətlə pisləyirik və buna qarşı çıxırıq. Bu müraciətimizlə bir daha bəyan edirik ki, Rusiyada yaşayan azərbaycanlılar İlham Əliyev və Vladimir Putinin yürütdüyü siyasətə sadiqik, həmçinin ölkəmizin bu ölkədəki səfiri Polad Bülbüloğlunu dəstəkləyirik və onu bu cür parazit və "soxulcanlardan” qorumağa hazırıq. Biz həmrəylik nümayiş etdirib bu cür parazitlərə qarşı qətiyyətli mövqe göstərməliyik. Biz öz həmrəyliyimizlə ancaq bu cür dağıdıcı insanların hərəkətinin qarşısını alıb birliyimizi və Əliyev-Putin siyasi kursunu qoruyub müdafiə edə bilərik”(Moderator.az)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024