Siyasət (17-12-2022, 12:35)
Laçın yolundakı aksiya BMT Təhlükəsizlik Şurasında qapalı müzakirəyə səbəb oldu?..

BMT Təhlükəsizlik Şurasının işini işıqlandıran müstəqil tədqiqat mərkəzinin(“SCR”) məlumatına əsasən, BMT Təhlükəsizlik Şurasının üzvləri cümə günü səhər Liviya üzrə məsləhətləşmələrdən sonra Fransanın təklifi ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər.

Mərkəzin “Twitter” səhifəsində yerləşdirdiyi mesaja görə, müzakirə gündəliyin “Digər məsələlər” bölməsində aparılacaq".
"Mediatv.az" moderator.az-a istinadla xəbər verir ki, bu məlumatı 17 dekabr gecə saatlarında ABŞ-ın “Azadlıq” radiostansiyasının erməni bürosu yayıb.
Artıq digər erməni nəşrlərinin yaydığı məlumata görə isə, guya BMT TŞ-da Qarabağdakı vəziyyət, yəni “Laçın yolunun ermənilər üçün bağlı saxlanması” məsələsi artıq qapalı şəkildə müzakirə olunub.
Qarabağdakı separatçı-terrorçu rejimin üzdəniraq nümayəndəsi Artak Beqlaryan öz “Facebook” səhifəsində "bu təşəbbüsü alqışlayıb" və yazıb: “Müzakirələr bağlı qapılar arxasında aparılsa da, bu, artıq problemin beynəlmiləlləşməsi deməkdir. Ümid edirəm ki, BMT həm qısamüddətli, həm də uzunmüddətli problemlərin həllinə daha çox diqqət yetirəcək, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək və bütün mümkün mexanizmləri tətbiq edəcək”...
“SCR” müstəqil tədqiqat mərkəzinin "Tvitter" səhifəsində müzakirənin keçiriləcəyi barədə bir informasiya olsa da, BMT TŞ-nın rəsmi internet səhifəsində məsələ haqqında heç bir məlumat verilməyib.
Sözsüz ki, Azərbaycanın müvafiq qurumları məsələyə aydınlıq gətirəcək...

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
Münəvvər Kələntərlinin oğlu bomj vəziyyətində yaşayır: “Məni uşaq evinə qoydu, erməniyə əsir düşdüm”
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
17 05 2025
17 05 2025