Qarabağda qanunsuz fəaliyyət göstərən qondarma terrorçu rejim hərbi vəziyyət elan edib. 

"Mediatv.az" xəbər verir ki, bu barədə terrorçu qruplaşmanın lideri Arayik Arutyunyan açıqlayıb. 

Məlumata görə, dekabrın 12-dən etibarən Laçın dəhlizinin bağlanması ilə əlaqədar yarana biləcək təhlükələrin qarşısının alınması məqsədilə ərazidə hərbi vəziyyət tətbiq olunub. 

Bundan başqa, "təşkilat və bəzi qurumlar"ın da fəaliyyəti dayandırılır.

Bununla bağlı "operativ qərargah" yaradılır və Ruben Vardanyan onun idarə olunması üzrə rəhbər təyin edilir.