Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistanın Dövlət Başçılarının Birinci Zirvə Görüşü başlayıb.

"Mediatv.az" xəbər verir ki, Zirvə Görüşü Türkmənbaşı şəhərində keçirilir.

Əvvəlcə Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçıları birgə foto çəkdiriblər.

Qeyd edək ki, Zirvə Görüşündə energetika, ticarət, iqtisadi, gömrük, nəqliyyat, elm, təhsil, mədəniyyət sahələrinə dair məsələlər müzakirə ediləcək.