Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (3-12-2022, 15:05)
ASAPES-də 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə görüş keçirildi - FOTOLAR

 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və "İnkişaf naminə İdman" İctimai Birliyinin (İNİ) tərəfdaş təşkilatların dəstəyi ilə həyata keçirdiyi "Sağlamlıq imkanları məhdud uşaqlar üçün bədən tərbiyəsi və idman sahəsində hibrid (onlayn və oflayn) qeyri-formal təhsilin (ixtisaslaşmış inklüziv təhsilə keçid) təşkili üzrə layihə"si çərçivəsində ASAPES-in rektoru Fuad Hacıyev və idman işləri üzrə prorektor, Azərbaycan Milli Olimpiya Akademiyasının vitse-prezidenti, Olimpiya çempionu Fərid Mansurov 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə Uşaq Paralimpiya Komitəsinin idmançıları və onların valideynləri ilə görüşüb.
 Görüş zamanı qeyd olunub ki, ölkəmizdə əlilliyi olan şəxslərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması və onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etmək məqsədilə dövlətimiz tərəfindən bir sıra tədbirlər həyata keçirilir, dövlətin dəstəyi ilə paralimpiya idmanı sürətlə inkişaf edir. Azərbaycanın Tokio-2020 Paralimpiya Oyunlarında 14-ü qızıl olmaqla 19 medalla 10-cu yeri tutması bunun bariz nümunəsidir. Bu, Azərbaycan millisinin Paralimpiya Oyunlarında iştirak etməyə başladıqdan bəri göstərdiyi ən yüksək nailiyyətdir.
Hazırda beynəlxalq təcrübəyə əsaslanaraq ASAPES-də əlilliyi olan idmançıların reabilitasiyası və inklüziv təhsilin təşkili sahəsində bir sıra tədbirlər həyata keçirilir. Belə ki, 2017-ci ildən başlayaraq Akademiyada Elmi-tədris laboratoriyası fəaliyyət göstərir. Bununla yanaşı, tərəfdaş təşkilatların dəstəyi ilə “Bədən tərbiyəsi və idmanda inklüziv hibrid təhsilin təşkili” üzrə sınaq layihəsi icra edilir. Layihənin icrasında əsas məqsəd inklüziv tədris modulunun hazırlanması və həyata keçirilməsi planlaşdırılan adaptiv bədən tərbiyəsi üzrə bakalavr dərəcəsinin yaradılması işinə töhfə verməkdir.
Tədbir zamanı uşaqlar, onların valideynləri və məşqçiləri öz təssüratlarını bölüşüblər. Görüşdə xeyriyyəçi Hacı Nuran, layihənin rəhbəri, Azərbaycan Milli Paralimpiya Komitəsinin fəxri vitse-prezidenti Natiq Qasımov, Milli Paralimpiya Komitəsinin məsul işçiləri Ülkər Əlizadə, Kamran Əliyev, məşqçilər Faiq Əsgərov, Ruqiyyə Qubuşova, Elvin Əliyev və layihənin işçi heyəti iştirak edib. Sonda uşaqlara hədiyyələr təqdim edilib.шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024