Sağlamlıq (18-11-2015, 14:09)
Döş xərçənginin qarşısını alan qış meyvəsi
Armud mövsümün ən dadlı və faydalı meyvələrindən biri sayılır.
Mediatv.az xəbər verir ki, armud həzmi asanlaşdırır. Liflə zəngin olduğu üçün ideal çəkidə qalmağa yardım edir. Qəbizliyin qarşısını alır. C, K, B2, B3, B6 vitaminləri ilə zəngindir. Döş xərçənginə yaxalanmaq riskini azaldır. Bəzi həkimlər armudun mədə və ağciyər xərçənginə qarşı da effektli olduğunu düşünürlər. Bu meyvə, həmçinin, ürək və şəkər xəstələri üçün əhəmiyyətlidir.
Hamilələr gündəlik menyularına mütləq şəkildə armud əlavə etməlidirlər. Çünki armudun tərkibindəki fol turşuları həm gələcək ana, həm də onun bətnindəki körpə üçün çox faydalıdır.
Armud təzyiqi aşağı salır. Sümük əriməsinə qarşı təsirlidir.
Meyvənin sadaladığımız faydalarından yararlana bilmək üçün yetişmiş və qida dəyərini qoruyan armudları yemək lazımdır.
Bəs yaxşı armudu necə seçmək olar?
Bu mövzuda məsləhətlərimiz köməyinizə gələcək:
* Bəzi yerləri yumşalmış, qabığı büzüşmüş armudları almayın.
* Həm meyvənin, həm də onun sapının təzə görünməsi çox önəmlidir.
*Armud gözəl qoxumalıdır.
*Armud ağacdan dərildikdən sonra yumşalmağa davam edir. Əgər meyvə alındıqdan bir neçə gün sonra çox yetişibsə, onu atmayın. Səhər yeməyində armudu kərəyağı və balla qarışdırıb çörəyin üzərinə çəkin.