Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (1-10-2015, 19:15)
Dəri sallanmasının qarşısını alan təbii tonik

 

Tonik dərini təmizləyən, möhkəmləndirən və yaşlılıq əlamətlərinin qarşısını alan, xüsusilə də dəri sallanmasına yaxşı təsir edən vasitədir və onu ev şəraitində hazırlamaq mümkündür.

 

Mediatv.az  ev şəraitində hazırlanan ən effektli tonikləri təqdim edir:

 

1. Aleo vera (əzvay) şirəsi

Mütəxəssislər əzvay şirəsinin məsamələri daraltdığını bildirirlər. Yatmazdan öncə 1 çay qaşığı əzvay şirəsini eyni miqdarda su ilə qarışdırıb, pambığa töküb üzünüzü silin. Əzvayı nəmləndirici kremlə qarışdırıb dərinizə çəkmək də eyni effekti verir.

 

2. Yaşıl çay

Yaşıl çayın sağlamlığımız üçün nə qədər faydalı olduğunu artıq hamımız bilirik. Bu möcüzəli çaydan gözəlliyimizin qayğısına qalmaq üçün də istifadə edə bilərik. Yaşıl çayı dəmləyib süzün və üzünüzü bu çayla silin. Bir çox bahalı tonikdən daha yaxşı təsir edəcək.

 

3. Alma sirkəsi

Alma sirkəsi məsamələri daraldır, dərini dərindən təmizləyir. 1 çay qaşığı alma sirkəsini bir neçə ədəd nanə yarpağının üstünə töküb 2 gün saxlayın. Daha sonra sirkəni süzüb pambığı bu qarışığa bulayıb üzünüzü silin.

 

4. Gülab

Gülab dərini möhkəmləndirir, ətraf mühitin təsirlərinə qarşı qalxan funksiyası daşıyır. Həmçinin dəridəki qızartı və qıcıqlanmalar üçün də təsirli vasitədir. Səhər və axşam olmaqla, gündə 2 dəfə pambıqla üzünüzə gülab çəkin. Dərinizin gündən-günə gözəlləşdiyini hiss edəcəksiniz.

 

5. Buzlu su

Üzünüzü buzlu su ilə silin. Qəlibdən çıxartdığınız buz ilə üzünüzü masaj edə bilərsiniz. Bu məsamələri daraldır, dərini möhkəmləndirir, dərinin sallanmasının qarşısını alır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024