Sağlamlıq (15-08-2015, 22:21)
Zülallı yeməklər uşaqların arıqlamasına kömək edir
Yalnız tarazlaşdırılmış rasion sağlamlığa ziyan vurmadan arıqlamağa kömək edir. Alimlər piylənmənin profilaktikası və müalicəsi üçün cədvəl üzrə qidalanmağı, zülal, piy, karbohidrat və faydalı mikroelement normalarına riayət etməyi məsləhət görürlər. Orqanizmin normal fəaliyyətinə mövsümi meyvə-tərəvəz, təzə balıq və yağsız ət lazımdır. Zülalla zəngin səhər yeməyi piylənmədən əziyyət çəkən uşaqların arıqlamasına kömək edir.
Mediatv.az xəbər verir ki, Missuri Universitetinin tədqiqatçıları bu qənaətə gəliblər. Amerika alimləri adətən səhər yeməyi yeməyib, bunu nahar və şam yeməyi ilə kompensasiya edən, eyni zamanda piylənmədən əziyyət çəkən yeniyetmələri üç qrupa ayırıblar. Birinci qrupdakı könüllülər zülalla zəngin (süd, yumurta, yağsız ət və yoqurt), ikinci qrupdakılar isə adi zülal tərkibli səhər yeməyi yeyiblər. Üçünçü qrupdakı könüllülərin rasionunda səhər yeməyi olmayıb. Eksperimentin nəticələrinə görə, birinci qrupdakılar daha çox arıqlayıblar. Bundan başqa onların gündəlik qida rasionu 400 kalori azalıb.