Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (7-05-2015, 15:14)
Bu yazı gözü zəif olanlar üçündür

Bu yazı gözü zəif olanlar üçündür

 

Milyonlarla insan yaşlanma ilə bağlı olaraq qara su (glaucoma) kimi göz problemlərindən əziyyət çəkir. “Daily.mail” məşhur mütəxəssislərin geniş yayılmış 4 göz xəstəliyi ilə bağlı fikirlərini öyrənib. Aile.lent.az həmin mütəxəssis fikirlərini təqdim edir.

 

 

Glaucoma (qara su)

 

Bu göz problemi – göz suyunun çoxalaraq drenaj boruların tutulması ilə yaşanan haldır. Yaşla əlaqələndirilir. Toplanan maye optik sinirə təzyiq göstərir.

Gözdə kor ləkələr yaranması ilə başlanan glaucoma sonda görmənin tamamən itirilməsi ilə nəticələnir. Risk faktorlara ailə, etnik qrup və yaş aid edilir.

Bu problem adətən gündə 4 dəfə istifadə edilən göz damcıları ilə müalicə edilir. Ancaq bu damcıların yuxu və iqtidarsızlıq kimi yan təsirləri ola bilər.

Yeni 10 dəqiqəlik lazer proseduru sayəsində bu problemi kökündən həll edə bilərsiz.

 

Sarı nöqtə problemi

 

Mərkəzi görmənin itirilməsi ilə xarakterizə olunur və siz üzdəki cizgiləri artıq görməməyə başlayırsız. Televizor izləmək, qəzet oxumaq da çətinləşə bilər, çünki əşyaları əyri görməyə başlayacaqsız.

Retina qişasının ortasındakı makula nöqtəsinin zədə alması ilə baş verir.

İki növü var: quru və yaş. Quru növü gec irəliləsə də, müalicəsi çox çətindir. Yaş  növündə retinanın altında böyüyən kiçik qan damarlarına qan və maye sızır.

Risk faktorları sırasında siqaret çəkmək (bu, problemin riskini 3 qat artırır), sərbəst radikallar tərəfindən zədələnən retina, ultrabənövşəyi şüalar, yoxsul pəhriz və yaş faktoru var.

Quru növü üçün xüsusi, yüksək dozada vitamin qəbulu nəzərdə tutulur. Lampalizumab adlı yeni dərman də sınaqdan keçirilir. İnyeksiya ilə tətbiq edilən bu dərmanın xəstəlik riskini 4 % azaltdığı deyilir.

 

Katarakta

 

Göz almasının içərisində hər iki tərəfi qabarıq linzanı xatırladan büllur yerləşir. Büllurun qabarıb çökməsi gözə fokuslamaq qabiliyyəti verərək, görməmizə kömək edir. Normal büllur şəffaf olur. İnsan yaşa dolduqca büllurun şəffaflığı azalır və o, bulanmağa başlayır. Bulanmış büllur katarakta (mirvari suyu) adlanır. İlk əvvəl eynəyinizin ləkələndiyini düşünə bilərsiz və hətta ən kiçik hərfləri belə görmək üçün iki qat güclü eynəyə ehtiyacınız ola bilər.

Risk faktorlarına qocalmaq, irsiyyət, siqaret, spirtli içki və diabet daxildir.

Yeganə həlli əməliyyatla mümkündür. Hər il 350 min əməliyyat gerçəkləşdirilir.

 

Diabetik retinopatiya

 

Diabetik retinopatiya şəkərli diabetdən əziyyət çəkən xəstələrdə göz dibini örtən və sinir toxumasından ibarət tor qişanın damarlarının zədələnməsi zamanı əmələ gəlir. Bu zaman tor qişanın damarlarının divarı zədələnərək, oradan tor qişaya qan sızır. Bundan əlavə yeni və anormal damarlar əmələ gəlir.

Qəfil görmənin itirilməsi ilə nəticələnir və müalicə edilməsə, korluğa səbəb ola bilər. Nəzarətdə saxlanmayan yüksək qan şəkəri, qan təzyiqi bu xəstəliyin yüksək risk faktoru hesab olunur.

Retinal tədqiqat və illik müayinə gərəkdir. İnyeksiyalar istifadə edilir.

 

İnsanlar fərqli göz problemlərindən, uzaqgörmə, yaxıngörmə, katarakta, konyuktivit və quru gözlərdən şikayət edir.

Uzaq və yaxıngörmə refraktiv qüsur hesab olunur və göz kürəsinin retina üzərində işıq saçmaması ilə bağlıdır.

Uzaqgörmə (miyopiya) uzaq məsafənin dumanlı, yaxın məsafənin aydın görülməsi ilə müşahidə edilir. Səbəbi insanların daha çox qapalı şəraitdə vaxt keçirməsi və texnologiyadan çox istifadə etməsidir.

Yaxını görə bilməmə (hipermetropiya) göz kürəsinin çox qısa, ya da buynuz qişanın əyri olması ilə bağlıdır. Yaşla əlaqələndirilir.

Astiqmatizm isə linza, ya da buynuz qişanın sferik mükəmməl olmaması ilə bağlıdır. Bulanıq və təhrif olunmuş görməyə səbəb olur.

Mütəxəssislər hər iki ildən bir gözlərin müayinə edilməsini, daha çox açıq havada vaxt keçirməyi məsləhət görürlər.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024