Sağlamlıq (30-04-2015, 12:45)
Körpənizi ana südündən məhrum etməyin....
Heç bir qida ana südü qədər dəyərli ola bilməz. Körpələrinizi ana südü
ilə qidalandırın.Uşaqların immun sisteminin formalaşması üçün xüsusi
vacib olanı molozivodur ki, bu da doğuşdan sonrakı ilk 3-4 –cü gün
ərzində yaranır.
Çox adam sual verir ki, uşağı nə vaxta kimi əmizdirmək lazımdır. Optimal
variant – 8-12 aya qədər əmizdirmək. Minimal əmizdir mə isə 3 aydan tez
olmamalıdır, hansı ki, bu müddət ərzində körpənin birincili immuniteti
yaranır.
Uşağı döşlə əmizdirməyə aid bir sıra məsləhətlər:
Əvvəla şəxsi gigiyenaya fikir verin.Əmizdirmədən əvvəl əllərinizi və
döşü yuyun, lakin əmizdirmədən sonra yumağa tələsməyin, açıq havada
qurumasını gözləyin.Gündə 1-2 dəfə döşləri sabunla yuyun.
Əmizdirərkən özünüz üçün rahat bir yer seçin, qolunuzun altına yastıq
qoya bilərsiniz. Çalışın uşaq döş giləsi dairəsini tamlığı ilə götürsün,
uşağı özünüzə sıxmayın, uşaq rahat nəfə almalıdır.
Uşağı 30-40 dəq dən çox döşdə saxlamayın. Orta müddət 15-20 dəq. təşkil
edir. Yeni doğulmuş uşaq hər 3 saatdan bir döşə qoyulmalıdır. Hər dəfə
əmizdirərkən digər döşə qoyun.Əgər döşdə süd tam boşalmayıbsa, onda
yerdə qalan südü döşü massaj edib, südü xaric edin ki, həm laktasiya
güclənsin, həm də mastit yaranmasın.
Analara südü artırmaq üçün məsləhətlər...
- Hamiləlikdə olduğu kimi, doğuşdan sonra da mütlək sakit həyat tərzi
olmalıdır, nahardan sonra istirahət etməlisniz.
- Sutkada 7-8 saat yuxu yatmalısınız
- Yaxşı və müntəzəm qidalanmalısıınız, vaxti-vaxtında.xüsusən də raciona
yumurta, balıq, fındıq, şit yağ, tərkibində kalsium və fosfor bol olan
süd məhsulları-kəsmik, kefir, yoqurt, sərt pendir, moloko),meyvə
vətərəvəzlərdən ibarət salatlar və.s.
- Allergiya, köp, ishal yarada bilən qidalardan-sitruslar,
konservativlər,bal, piy, qarox, vəs. uzaq olun.
- Gün ərzində 2litr maye qəbul edin(sup, kampot, təbii şirə və s.)
- Gecələr normal yuxu yata bilməmizsinizsə, gündüz uşaqla bərabər siz də
yatın..
- Uşağı birdən döşdən ayırmaq olmaz, hətda qəfildən qapı döyülsə və ya
tel. Zəng etsə belə
- Əmizdirmədən sonra, döşdə qalan südü sağıb çıxarın
Süd artırmaq üçün nələr yemək lazımdır???
-Dəmlənmiş şüyüt toxumu, zirə toxumu süd ilə (1 çay qaş. Toxum 1
stəkana)
-Şüyüt toxumu, razyana, petruşka, tmin (1 çay qaş. Toxum 1 stəkan suda
dəmləmə)
- Düyülü, paxlalı qidalar
- Seks -vaxtı-vaxtında normal intim yaxınlıq laktasiyanı yüksəldir.
Unutmayin ki, sud yaranma qadinin psixo-emosuonal halindan cox
aslıdır.Buna görə də istənlən yaranan konflikt, stress situasiyalarda
yalniz korpənizi düşünün ki, südsüs qala bilər. Yorğunluq, əsəb, qorxu
laktasiyani dayandirir. Buna gorə də hər əmizdirmədən sonra 10-15 dəq
istirahət üçün zünüzə vaxt ayırın...
Süd verən analar nələrdən uzaq olmalıdırlar...
-südə pis qoxu verə bilən qidalar(soğan, sarımsaq, kələm )
-Bir sıra sakitləşdirici preparatlar,yuxugətiricilər, antidepressantlar.
Trankvilizatorlar,ağrıkəsicilər,hormonal preparatlar,antibiotiklər,
qurdqovucular, və s.
- Kofe, alkaqol,tütün
- İşlədici preparatlar
- Allergn, konservantlar və s.
- Bütün turşməzə qidalardan, nanə, qatırquyruğu və s. hansı ki,
laktasiyanı azaldır.
Ana südü uşaq üçün ən vacib və xeyirli qidadir. Ana südündə böyüyən
orqanizm üçün lazım olan bütün vitamin və minerallar vardır.Çalışın
bütün hallarda uşağınızı döşdən ayırmayın. Heç bir amil- iş, səyahət
uşağınızı süddən ayırmağa səbəb olmamalıdır.Yalnız ağır xəstəliklər
zamanı uşağa süd vermək əks-göstərişdir.
Ana südünə əks göstərişlər....
Uşaği ana südündən kəsməyin. Ana südünə əks göstərişlər o zamandir ki,
əgər ana hər hansısa bir toksiki təsiri olan dərman preparati qəbul
edirsə, onun bədəndən yuyulmasını gözləyib yenədə vermək lazımdır.
Bundan əlavə əgər ana hamilə qalıbsa, ana trankvilizatorlar qəbul
edirsə, alkoqol, nikotin, narkotik maddələr qebul edirsə, anada vərəm,
spid,döşündəə irinli mastit, herpesi varsa, malyariya, anada ağır psixi
pozğunluqlar olarsa, bədxassəli şişlər ana sudunə əks gösterişdir. Lakin
digər xəstəliklərdə hətda bele götürülür ki, ana xəstə olduqda onun
bədənində xəstəliyə qarşı antitellər yaranır, hansı ki, bu da süd ilə
körpəyə keçərək əksinə immun mudafiə xarakteri daşıyır.
Sonda Sizə demək istədiyim...!!! Bacardığınız qədər çox uşağınızı ana
südlə qidalandırın... Bu Sizin körpənizə uzun illər möhkəm sağlamlıq
bəxş edəcək...
Həkim-pediatr. Ailə və uşaq psixoloqu: Dr. Nüşabə Səfərova