Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Karusel / Slayd (10-02-2016, 12:35)
Cavid Qurbanov Ziya Məmmədovu tənqid etdi

ziyacav

Mediatv.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov “Yeni Müsavat”a müsahibəsində dəmiryolunu uzun illər öz nəzarətində saxlamış nəqliyyat naziri Ziya Məmmədovu sərt tənqid edib.“Mən dəmiryolunu qəbul edəndə düşünməzdim ki, bu sahə texniki tərəfdən zəifdir” deyən Cavid Qurbanov faktiki olaraq uzun illər dövlətin bu sahəyə ayırdığı pulların məninmsənildiyinə işarə vurub.
Eyni zamanda nəqliyyat naziri Ziya Məmmədovun quhumlarının və dostlarının hökmranlıq etdiyi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində kadr siyasətini də sərt sözlərlə tənqid edib:
“Bu vəzifəyə təyin olunandan sonra gördüm ki, texniki heyəti, kadr potensialı bərbad vəziyyətdədir. Ona görə də mövcud vəziyyətlə bağlı ölkə başçısına, baş nazirə məruzə etdim”.

Cavid Qurbanov bununla da kifayətlənməyib, bu sahəyə özündən əvvəl rəhbərlik etmiş şəxsləri dövlət başçısının tapşırıqlarını yerinə yetirməməkdə suçlayıb: “Bu ağır və böyük struktura dəmiryolu rəhbərliyi, onun işçiləri tərəfindən lazımi diqqət göstərilməyib. Bunların hamısı o vəziyyətə gətirib çıxarıb ki, biz bu formada davam etsəydik, 2020-2022-ci illərə qədər dəmiryolu parkında vaxtı keçməmiş, istismara yararlı olan vaqon və lokomotiv parkından çox cüzi miqdarda qalardı. İndiki parkın təxminən 5 faizi qalacaqdı. Ölkə prezidenti tərəfindən 4 il budan öncə inkişaf proqramı təsdiqlənib. Onun punktları var, tapşırıqlar verilib. Amma mövcud durum göstərirdi ki, bu tapşırıqların icra olunması gecikib. Yoxlamalar göstərirdi ki, layihələr illərlə gecikdirilib və yerinə yetirilməyib. Baxmayaraq ki, dövlət başçısı pul ayırıb, tapşırıqlar verib…”

Cavid Qurbanov müsahibəsində Ziya Məmmədova mesaj da göndərib, onun təsərrüfat fəaliyyətindən, yəni PULDAN uzaq durmalı olduğunu bildirib: “Nazirliklər əsasən dövlətin onlara tapşırdığı siyasətlə məşğul olmalıdır. Tutaq ki, Nəqliyyat Nazirliyi ölkənin nəqliyyat siyasəti ilə məşğul olmalıdır. Amma çox vaxt bizim nazirliklər və məmurlarımız öz sahəsi üzrə olan siyasətlə təsərrüfat fəaliyyətini qarışdırırlar. Hesab edirəm ki, ümumiyyətlə, nazirliklər daha çox dövlətin o sahə üzrə siyasətini yerinə yetirməlidir. Subyektlər konkret olaraq təsərrüfat fəaliyyətini yerinə yetirir. Bu da daha çox kömək əvəzinə idarəetmədə tıxac əmələ gətirir. Ona görə də belə qərar qəbul olundu ki, iqtisadiyyatın böhranlı günlərində daha çox operativliyi, çevikliyi təmin etmək, cəld qərarlar qəbul etmək üçün təsərrüfat subyektlərinə sərbəstlik verilsin. Bu, zərurətdən əmələ gəldi. Özü də bu, təkcə bizdə həyata keçirilmir. Qonşu Gürcüstanda, Rusiyada, Qazaxıstanda belədir. Türkmənistanda ayrı nazirlik kimi fəaliyyət göstərir. Dəmir yolu müəyyən bir formada nəqliyyata bağlıdır. Amma əksər ölkələrdə dəmir yolları avtonom idarə olunur”.

74848Göründüyü kimi, son dövrlər hər fürsətdə köhnə dostunu sərt sözlərlə hədəfə alan Cavid Qurbanov bu müsahibəsində də Ziya Məmmədovu unutmayıb. Ancaq maraqlıdır vaxtilə cox yaxın olan bu ikilinin münasibətlərinin bu qədər soyumasının, hətta az qala düşmənçiliyə çevrilməsinin səbəbi nədir?

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024