Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (29-12-2025, 11:49)
Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -...otağının işığı sönən kimi Zəfər Hacıyevi axtarır


 Ağlar günə qalan bölgə mədəniyyəti...Bacaqrısız kadrlarla bizi hara aparırlar?
 Sözün əsl mənasında ağlar günə qalan Yevlax mədəniyyətindən.Uzun müddət başsız qalan Yevlax mədəniyyətinə 15 may 2025-ci il tarixdə yeni bir kadr təyinatı oldu. Belə ki, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax üzrə nümayəndəsi postuna Bərdədən Günel Cəfərova adlı bir gənc xanım gətirdilər.Bu fikirlər Mediatv.az-ın elektron poçtuna daxil olan məqalədə qeyd edilir.Məqalə müəllidi daha sonra yazır:

Bəli,məhz gətirdilər,seçilmədi, ağası, arxa-dayağı Bərdənin icra başçısı Vidadi İsayevin sayəsində onun təyinatı təmin edildi. Bir vaxtlar məhz Vidadi İsayevin xeyir-duası və dəstəyi ilə Günel Cəfərova Bərdə rayon icra hakimiyyətində Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi işləyib.2016-cı ildən 2023-cü ilə qədər Bərdə icra hakimiyyətində işləyib və Vidadi İsayevin ən sevimli işçilərindən biri olub. Amma birdən nə baş veribsə,icra başçısı sevimli kadrını uzaqlaşdırmaq zorunda qalıb.Bir illik işsizlik faisləsindən sonra uzun illərdir bərdəlilərin canını boğazına yığan Vidadi İsayev yenidən sevimli kadrına dəstək verib və onu Bərdədən Yevlaxa mədəni sürügünə göndərdib. Belə ki,Günel Cəfərova gözlənilmədən Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax rayonu üzrə nümayəndəsi təyin edilib(iddialara görə həmin post üçün 20 min manat ödəniş etməli olub).
Əcəba bir sual meydana çıxır: Günel Cəfərova hansı səbəbdən evinin içindəki vəzifəsini qoyub tanınmaza-bilinməzə Yevlaxa gəlib?Perspektivli yerdən perspektivsiz yerə.Maraqlıdır,deyilmi???
Ancaq əsas komediya bu təyinadan sonra başlayıb.İlk vaxtlarda bu təyinta təəccüblə yanaşan yevlaxlıların bu gənc xanımdan əməli-başlı gözəlintiləri olub.Düşünüblər ki,yəqin bu xanım uzun müddətdir başsız qalan Yevlax mədəniyyətini ədalətdən xilas edəcək. Deyir sən saydığını say, gör Günel Cəfərova nə sayır.
Yevlaxda fəaliyyət göstərən musiqi məktəblərindəki və kənd müəssisələrindəki mənbələrin məlumatına görə bu adam iş bilməməklə yanaşı həm də “lal”dır.Nə işlə bağlı biliyi var,nə danışq qabiliyyəti var, nə işçilərinə hörmətlə yanaşma məsuliyyəti, nə  də işçilərindən iş tələb etmək bacarığı var.Adam 7 aydı işləməyinə baxmayaraq nə vəzifə funksiyalarını bilir, nə də öyrənməyə niyyəti var. Sadəcə otaqda oturmağı və əziyyətsiz 1000 manatdan yuxarı maaş(pensiya) almağı bilir. Maraqlıdır, o necə nümayəndədir ki, 7 ayda bir dəfə də olsun direktorlara görüş keçirməyib. Çünkü işlədiyi sahənin heç bir qolunu bilmədiyi üçün görüşdə nə danışacağını bilmir. 7 ayda rayondaxili, idarədaxili bir tədbirin təşkil olunmağında iştirak etməyib. Bir müəssisədə geniştərkibli görüş keçirməyib. Onun bu “bacarıqları”na baxanada düşünürsən ki, 7 - 8 il qabaq bu adam Bərdə İcra hakimiyyətində məsul vəzifədə necə işləyib.Bax bunun özü  də müammalıdı, həm də aydındır. Ona görə ki, “day-dayısı” Vidadi kişi buna orada rahat iş şəraiti yaradıb.
 Üç cümləni ard-arda deyə bilməyən bu şəxs vəzifə öhdəliyinə aid olan məktubları belə yaza bilmir,onun-bunun üstünə atır. Başqa bir sual yaranır: Mədəniyyət sahəsindən bixəbər olan bu xanımı bu sahəyə gətirən himayədarları, görəsən, onun bu qədər bacarıqsız olduğunu bilmirdilər? Əgər bilirdilərsə, onu niyə bu vəziyyətə salıblar? Görəsən Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Zəfər adlı sektor müdiri olmasaydı, bu xanımı kim batdığı “bulanlıq su”dan kim çıxaracaqdı?
Artıq yevlaxlıların ağzına br söz düşüb, görəsən, kimdir bu mədəniyyətdə zəfər qanzanan adam ki, Günel xanım otağının işığı sönən kimi də elə Zəfər Hacıyevi axtarır. Çünki nümayəndə xanıma hansı işçi nə desə, nəyi soruşmaq istəsə, bir cavab alır: Qoy Zəfər müəllimə deyim,qoy Zəfər müəllimə məlumat verim,qoy Zəfər müəllimdən soruşum,sonra.Əldə etdiyimiz məlumata görə bu Zəfərin özünü "suadan" çıxaran lazımıdır.O özü nə bilir ki, Günelə də nəyisə öyrətsin.Ən yaxşı halda Zəfər ona pul yığmağın, pislik etməyin, adam güdməyin yollarını öyrədə bilər.Çünki sektor müdiri Zəfər Hacıyevin özü mədəniyyət sahəsinə qəti aidiyyatı olmayan kadrdır.
7 aylıq komediyanın davamı isə lap ağlamalıdır.İlin sonuna yaxın tədbirlərin və işlərin çoxluğunu görən Günel Cəfərova astaca aradan çıxamğı da bacarıb.Görünür himayədarları və onu göz görə-görə çətin duruma salan təcrübəli qaynata ona deyib ki, çox işləyib yorulmusan çıx məzuniyyətə.Adam da etməyib tənbəllik dekabırın sonuna qədər məzuniyyət çıxıb. Onsuz da o dərəcədə fərli olmayan Yevlax mədəniyyəti indi qalıb ağzı günə.
Maraqlı məqamlardan biri də odur ki, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Namiq Tarıverdiyev bu vəziyyəti görmür,yoxsa usta Zəfər orada baş verənləri rəhbərlikdən gizlədir.
Ay vəzifəsindən bixəbər olan xanım,  bir gənc kimi sən nə vaxtacan bu vəzifəni yola verəcəksən? Nə vaxtacan iş görmək lazım olanda qaçıb gizlənəcəksən? Əlini vicdanına qoy, gör aldığın maaşı haqq edirsənmi? Ümidləri sönməkdə olan mədəniyyət işçiləri hələ də ümid edir ki, gec - tez ədalət öz yerini tapacaq, bacarıqsızlar elə layiq olduğu yerlərdə oturmağa məhkum ediləcək.
Artıq vəziyyət o həddə çatıb ki, icra hakimiyəti daxil olmaqla az qala Yevlaxdakı bütün qurumlar Yevlaxın mədəniyyətinə qəribə baxırlar. Bu gün  rayonda mədəniyyət işçilərini görənlər deyirlər ki, sizə niyə yiyə çıxan yoxdur? Niyə bir vaxtlar region rayonları arasında hər zaman öz işi ilə seçilən Yevlax bu günə qalmalı idi. İxtisası mədəniyyətə yaxın olan,özünün Yevlaxın tarixinin biri hissəsi sayan Vidadi kişi-Vidadi İsayev niyə Yevlax mədəniyyətinin taleyi ilə oynadı? Görəsən Yevlaxın çörəyini yeyib,suyunu içən Vidadi İsayevin canında az da olsa təəssübkeşlik yoxdur?
Musiqi məktəblərinin yolunu tanımayan, hər dəfə əzbərlədiyi 3 cümləni də kəllə-mayallaq təkrarlayan və  bu məharətsizliyi ilə dillərə düşən, idarə üçün  bir qərarı müstəqil  verməyi bacarmayan bir adamı Yevlaxa göndənlər nə düşünüblər? Yevlax rayonun adını aşağılara daşımağımı? Kim verib bu haqqı sizlərə...???
İstirahətdə olduğuna görə Yevlax rayon mədəniyyətinin nümayəndəsi Günel Cəfərova ilə əlaq saxlamaq cəhdimiz alınmadı.Yenə də onun mövqeyini işqılandıra bilərik.
Redaksiya olaraq Mərkəzi Aran Regional Mədniyyət İdarəsindən xahiş edirik ki,Günel Cəfərovanın fəaliyyəti və Yevlax mədniyyətinin hazırkı vəziyyəti bardə bizə açqılama versinlər.

 



шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
11 01 2026
11 01 2026
11 01 2026
11 01 2026
11 01 2026
11 01 2026
11 01 2026
11 01 2026
11 01 2026
11 01 2026
11 01 2026
11 01 2026
10 01 2026
10 01 2026
10 01 2026
10 01 2026
10 01 2026
10 01 2026
10 01 2026
10 01 2026
10 01 2026
10 01 2026
10 01 2026
10 01 2026
10 01 2026
10 01 2026
10 01 2026
10 01 2026
10 01 2026
10 01 2026