Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (2-12-2014, 17:50)
“Sevda keçən il ikinci dəfə ərə gedib”

“Sevda keçən il ikinci dəfə ərə gedib”

15 il xalq artisti Səməd Səmədovun duet ortağı olan müğənni Sevda Əliqızı “Space” kanalında yayımlanan “Günaydın” verilişində onunla münasibətlərinə aydınlıq gətirib

 

Müğənni xalq artistindən ayrılmasının əsl səbəbini açıqlayıb: 
“Səməd Bodruma baldızının oğlunun toyuna gedəndə məni dəvət etmədi, amma yeni duet ortağı olan gənc qız Şəbnəm Aslanqızı və ansamblını özü ilə apardı. O gündən artıq fikirləşdim ki, deyəsən, mən bu ansambldan çıxmalıyam. Onunla barışmaq söhbəti ola bilməz. Mənə jest edib gül də göndərmişdi. Amma mən belə şeyləri sevmirəm. Məni incidən odur ki, Səməd ayrılmağımızla bağlı xəbəri özü demədi, prodüseri Rövşən vasitəsilə mənə çatdırdı”. 
Aparıcı Vüsalə Kərimovanın “Siz türkiyəli iş adamı ilə ailə qurmuşdunuz, sonra ayrıldınız” sualına isə belə cavab verib: 
“Mən ailə qurmamışdım. Düzdür, fikrim var idi, amma alınmadı. Bu xəbəri də ictimaiyyətə Səmədlə Rövşən açıqlamışdı, mən yox”. 
Efirə telefonla bağlanan Səməd Səmədov isə Sevda Əliqızının yalan danışdığını deyib:
 
“O, keçən il ərə gedib. Ona mən xeyir-dua vermişəm. Həyat yoldaşı ilə toya da gedib”. 
Xalq artistinin bu sözlərindən əsəbləşən S.Əliqızı “Sən kimsən ki, mənə xeyir-dua verirsən? Mənim anam, oğlum var. Sənin mənim ailəmlə işin olmasın. Yavaş-yavaş çaşırsan. Mən səninlə qurtarmışam. Arxadan atılan daş topuğa dəyər. Mənim sənə hörmətim də yoxdur”, - deyə sərt şəkildə cavab verib.

 

шаблоны для dle 11.2

Xəbər lenti
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024