Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (13-11-2014, 15:55)
“Bilirəm ki, məni qara siyahıya salacaqlar...”

““ATV” məni qara siyahıya salacaq. Lakin mən buna hazıram”. 

 

“Mediatv.az”in məlumatına görə, bu sözləri sözügedən  layihədən imtina edən sənətçi mətbuata yazılı açıqlamasında qeyd edib. O bildirib ki, layihənin ilk efirində digər iştirakçılarla birgə yarışmaya qatılsa da, artıq layihədə yer almaq istəmir:

“ATV telekanalının rəhbərliyinə olduğu kimi, o layihənin bütün iştirakçılarına sonsuz hörmətim var. Olanlarla bağlı çox narahatçılıq keçirirəm. O layihəyə dəvət alanda demişdim ki, bir həftədən çox qala bilməyəcəyəm. Sadəcə təklif edən dostların dəvətindən lap başdan imtina edə bilmədim. Üstəlik onu da vurğulayım ki, bu layihə maraqlı olduğu qədər də qalmaqallıdır. Mən də heç bir həmkarımla münasibəti korlamaq istəmirəm. Çünki söhbətlər hər kəsin adı ətrafında gedincə, susmaq mümkün deyil. Amma uzaqlaşmağımın səbəbi tək bu deyil. Mən yarışmaya qatılmadan öncə də bu addımı atacağım demişdim. “Sənə bağlanıram” adlı klipimin çəkilişləri idi. Günorta saatlarında verilişin prodüserləri zəng etdi və biz dedik ki canlı yayıma gələ bilmirik və layihədən imtina edirik. Amma buna baxmayaraq məni yenidən duelə dəvət etdilər. Heç kim bu addımı mən tərəfdən hörmətsizlik kimi qəbul etməsin, amma mən daha o layihəyə gəlməyəcəyəm ”.

İfaçı bu söz-söhbətdən sonra baş verəcək hadisələrə də hazır olduğunu da vurğulayıb: 

“Mən bilirəm ki, bundan sonra məni telekanal qara siyahıya salacaq. Buna hazıram artıq. Amma əminəm ki, rəhbərlik də layihə iştirakçıları da nə vaxtsa məni başa düşəcəklər. Mənim heç kimdən incikliyim yoxdur və hər kəsə təşəkkürümü bildirirəm”. 

Qeyd edək ki, layihənin ikinci günü Yaşar Yusub  Günay İbrahimlini duelə çağırmışdı. 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024