Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (4-07-2014, 21:27)
Sumqayıt elini dar edən Eldar Əzizov

 

Sumqayıt elini dar edən Eldar Əzizov. Sumqayıt şəhərinin icra hakimi Eldar Əzizov obyekt tikintilərinə icazə verməklə Sumqayıt elini dar edə-edə gedir. Sumqayıt icra strukturlarının işindən dövlət qulluqçusuda dad elədi. Belə ki, mən o gün əməkdaşımızla birlikdə şikayətlə əlaqədar Sumqayıt şəhər 11-ci mikrarayonla Yaşıldərə massivi arasındakı yolda foto-çəkiliş etməyə getmişdim. Onu da qeyd edim ki, Sumqayıt şəhər icra strukturlarının "operativ”liyi sayəsində ora işləyən marşrutların intensivliyindən məni daha doğrusu bizi, bu istidə geri qayıtmaq fikri götürmüşdü. Şikayətçiləri narahat edən məqamları çəkdikdən sonra ofisə qayıtmağa hazırlaşırdıq ki, bir maşın saxladı. Əvvəlcə uzaqdan tanımadım, hətta fikirləşdim bizlik deyil. Amma adımı səslədikdən sonra dedim yox, bu kimdisə tanıdığımız adamdı. Yaxınlaşdım.Tanışdır. Sağ olsun, düşdü hörmətlə görüşdü və hara getdiyimizi soruşdu, mən də öz növbəmdə işə getdiyimizi ona dedim. Bizi işə aparmaq üçün maşına oturmağa dəvət etdi. Sözün açığı, əziyyət vermək istəmirdim. Amma o, təkid etdi. Nə isə oturdum maşına. Günəşin istiliyi tədricən bədənimi tərk edirdi. Sərinləyirdim. Sərinlik məni dincəltdikcə rahatlaşırdım. Dedim ay Allah yaxşı ki varsan, yoxsa öz növümüzdən olan bu məmurlar, sapı özümüzdən olan baltalar bizi öldürər. Şükür olsun Sənə, bu mübarək Ramazan ayında bizə, günahkar bəndələrinə rəhm edərək bu yoldaşı bizə yardım üçün göndərdin. Əlqərəz, moizə etmək fikrim yoxdur. Sonra bu media zurnaçıları məni də MirŞahin kimi düyə tutaraq, Bəhruz mollalıq edir deyərlər. Elə bir az getmişdik ki, bu sürücü qardaş (baxmayaraq ki, eyni növdənik, amma bu doğurdan da qardaşdı, kişinin oğlu bizə o cür istidə kömək etdi) dilləndi. Dedi: "Ay müəllim, mən yanğından mühafizə idarəsində çalışıram, bu yay vaxtı iş adamları işimizi artırırlar, bizi bezdiriblər”. Mənə maraqlı oldu öz özümə fikirləşdim bunun peşəsi hara iş adamları hara. Soruşdum niyə ? Deyir deməli qardaş bu yay gələn kimi ağac kəsimi qanunla qadağan olduğu üçün iş adamları Sumqayıt şəhər icra hakimiyyətindən torpağın əldə olunması üçün aidiyyatı orqanlarla razılaşdırılmış sənədi aldıqdan sonra orada olan ağacları gizlin şəkildə yandırırlar. Bu halda da bizə çağırış olur və biz də söndürməyə gedirik. Bu da bizə artıq iş, artıq əziyyət olur. Bu bir yana, gedib sağlam, hündür, iri gövdəli ağacların bu cür məhv edilməsin gördükdə lap pis oluruq. Bir yandan bunu eşitdikdə kədərləndim, digər tərəfdən sevindim ki, hələ də bu icra strukturlarında vicdanlı insanlar var. Biz şükür Allaha sağ-salamat ofisə gəldik çıxdıq. Məni düşündürdü görən ölkənin üçüncü ən böyük, paytaxta da birinci ən yaxın olan Sumqayıt şəhəri niyə diqqətdən kənar qalır ? Axı səhiyyədə, Sumqayıt şəhər ticarət mərkəzlərində, sosial müdafiə fondunda və s. yaranmış və cəzasız qalan özbaşınalıqlar mövcuddur. Deyirəm axı bu qədər də olmaz ? Onda özbaşınalıqların qəsdən diqqətdən kənar qalmasında maraqlı olanlar ölkə rəhbərinə düzgün məlumat vermirlər. Hələ ki, bu fikir üzərində dayandım. Allah bu barədə olan son fikrimi xeyirli eləsin ... Aşağıdakı linklər Sumqayitda başverən özbaşınalıqlar barədə qısa xatırlatmalardı. Bu siyahını kifayət qədər artırmaq olar

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024