Problem / Karusel / Slayd (15-08-2019, 21:55)
İCRA MƏMURLARI ALİ MƏHKƏMƏNİN QƏRARINI NİYƏ YARIMÇIQ İCRA EDİRLƏR?-FOTOLAR
Məhkəmə icraçıları məhkəmələrin mülki, iqtisadi mübahisələrə dair və inzibati hüquqpozmalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə digər orqanların qanunvericiliklə icrası məhkəmə icraçılarına həvalə edilmiş aktlarının icrasını həyata keçirirlər. Vəzifəyə təyin edilərkən məhkəmə nəzarətçisi və məhkəmə icraçısı aşağıdakı məzmunda and içirlər: "Öz səlahiyyətlərimi həyata keçirərkən Azərbaycan Respublikasınıln Konstitusiyasına və Azərbaycan Respublikasının digər qanunlarına ciddi əməl edəcəyimə, məhkəmə nəzarətçisi (məhkəmə icraçısı) vəzifəsini düzgün və vicdanla yerinə yetirəcəyimə and içirəm".
Ancaq müşahidələr, yerlərdən eşidilən şikayətlər göstərir ki, heç də bütün məhkəmə icraçıları içdikləri anda sadiqlik göstərmirlər. O da doğrudur ki, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi icra və xidmət intizamını pozan əməkdaşlarını cəzalandırır, ədliyyə orqanlarından xaric edir, hətta bəzən qanunazidd fəaliyyətlərinə hüquqi qiymət verilməsi üçün toplanmış materialı Baş Prokurorluğa göndərir. Cəzalandırılan icra məmurları sırasında vəzifədən azad edilənlər və digər formalarda intizam tənbehi alanlar da olub. İcra məmurları vətəndaşların hüquqlarının pozulması, vətəndaşın bank vasitəsilə ödəməli olduğu ödənişin icra məmuru tərəfindən alınması, ərizə və şikayətlərə baxılması, vətəndaşların qəbulu qaydalarının pozulması, vətəndaşlarla kobud rəftar edilməsi, məhkəmə qərarlarının icrası ilə bağlı nəzərdə tutulan tədbirlərin vaxtında həyata keçirilməməsi səbəbindən cəzalandırılırlar.
İcra məmurlarının məhkəmə qərarlarını icra etməməsi və ya tam tam yerinə yetirməməsi heç də həmişə yalnız səhlənkarlıqdan irəli gəlmir, çox vaxt tərəflərdən biri ilə korruptiv sövdələşmələrin məqsədinə uyğun olur. İcra məmurlarının korruptiv niyyətlər güdən hərəkətləri və ya hərəkətsizlikləri barədə şikayətlər bəzən Mediatv.az saytının redaksiyasına da daxil olur.
Bu günlərdə Mediatv.az-ın redaksiyasına vətəndaş Əsgərov Nizami Hampoy oğlunun şikayətnaməsi daxil olmuşdur. Şikayətçi bildirir ki, 30.11.2015-ci il tarixdə Əsgərova Hava Musa qızı və Yaqubova Minurə Nizami qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 106 saylı ünvanda yerləşən 179,2 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin üstündə və 22 saylı mağazaya bitişik ümumi sahəsi 47 kv.m olan qanunsuz tikilinin onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Əsgərov Nizami Hampoy oğlu əlavə cavabdeh qismində işə cəlb edilmişdir.
Bakı şəhəri Nizami rayon Məhkəməsinin 01 avqust 2016-cı il tarixli qətnaməsi ilə iddiaçıların cavabdehə qarşı "qanunsuz tikilinin sökülməsi"tələbinə dair iddiası rədd edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2017-ci il tarixli qərarı ilə Əsgərova Hava Musa qızının şikayəti qismən təmin edilmiş, iş üzrə Nizami rayon Məhkəməsinin 01 avqust 2016-cı il tarixli qətnaməsi Əsgərova Hava Musa qızının iddiasının rədd edilməsi hissəsində ləğv edilmiş, mübahisəli tikilinin cavabdehin hesabına sökülməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
Həmin qətnamədən Nizami Əsgərov tərəfindən verilmiş kassasiya şikayəti əsasında qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə qərar qəbul edilmişdir.
Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır...
Müxtəsər, uzun sürən məhkəmə çəkişmələrindən sonra cavabdehlərin kassasiya şikayətini qəbul edən Ali Məhkəmənin Mülki Kollegiyası 08 avqust 2018-ci il tarixli qərarı ilə sözügedən mübahisəli tikilinin Əsgərov Nizami Hampoy oğlunun hesabına sökülməsi tələbinə dair iddianı təmin edilmişdir.
Məsələ burasındadır ki, iddiaçı Əsgərova Hava Musa qızı cavabdeh Əsgərov Nizami Hampoy oğlu ilə əvvəllər ər-arvad münasibətində olmuş və boşanana qədər mübahisəli tikilini birgə istifadə etmişlər. Mübahisəli tikili (artırma) alt və üst hissədən ibarətdir. Ali Məhkəmənin qərarını icra edən məhkəmə icraçıları qanunsuz inşa edilmiş tikilinin Əsgərov Nizami Hampoy oğluna aid olan üst hissəsinin sökülməsini təmin etmiş, Əsgərova Hava Musa qızına aid olan alt hissəsini isə toxunmadan saxlamışlar. Onu da qeyd edək ki, artrırmanın alt hissəsinə və iddiaçının istifadəsində olan binanın zirzəmisinə giriş-çıxış üçün nə az-nə çox, 5 qapı qoyulmuşdur. Bu isə ümumilikdə binanın yüksaxlayıcı konstruksiyasına xələl gətirir. Aydın məsələdir ki, söküntü prosesi altdan deyil, üstdən başlamalıdır. Amma söküntünün axıra çatdırılmadan dayandırılması, məhkəmə qərarının icrasının yarımçıq saxlanılması çoxlu şübhələrə yol açır.Bu da İddiaçının həmin tikilidən gələcəkdə kommersiya məqsədilə istifadəyə davam etməsi üçün şəraitin yaranmasıdır.
Mövzuya qayıdacağıq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024