Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (29-07-2014, 15:44)
“Düz danışanı niyə qalmaqallı adlandırırlar?“

 

Mətanət Əliverdiyeva: "Soruşdu ki, necə dondan-dona girirsən?"

 

Aparıcı Mətanət Əliverdiyeva şou əhlinin ünvanına yenə sərt sözlər səsləndirib.
"Mediatv.az"ın məlumatına görə, o, "Onlar" verilişinə açıqlamasında ona zövqsüz deyən ifaçılardan danışıb.
M.Əliverdiyeva "Mətanət son günlərdə ən qalmaqallı aparıcı kimi tanınır" sözlərinə etirazını bildirib:
“Ən qalmaqallı yox, sözün düzünü söyləyən. Mənim kimisə yalandan tərifləmək xasiyyətim yoxdur. Düz danışanı niyə qalmaqallı adlandırırlar? Nə var, onu deyirəm. Kimin xətrinə dəyir, dəymir, İlhamə xanım (İlhamə Quliyeva - red.) demişkən, özü bilər. Heç vecimə deyil, Mətanət sözü bu qulaqdan alır, o birindən verir. 
Nazpəri Dostəliyeva haqqında söyləmişdim ki, gözəl xanımdır, amma zövqü yoxdur. Rəng çalarlarını düzgün seçmir. Mətbuat katibi açıqlama verdi ki, o ancaq brend geyinir. Bu, o demək deyil ki, zövqlüsən. Brendlər içində o qədər xoşa gəlməyən libaslar var ki... Qorxmuram, yenə deyirəm, zövqsüzdürlər. 
Elza Seyidcahan isə tənqidlə təhqiri ayırd etmir. Ona görə də sözlərimiz çəp gəldi. Elza xanım abstrakt geyinir. Onu xoşlayıram, geyimini sevirəm. Gülyaz və Gülyanaq bacıları ilə bağlı danışdım, incidilər. Mən efirdə aparıcı, evdə tamaşaçıyam. Qoy onlar da mənə desinlər, Mətanət zövqsüzdür, xətrimə dəyməz. Mən belə doğulmuşam, bundan sonra da heç kim fikrimdən döndərə bilməz. 
Bir dəfə Elnarə Xəlilova soruşdu ki, necə dondan-dona girirsən? Cavab verdim ki, xeyr, mən bir dondayam. Kim inciyir, verilişimə gəlməsin. Mətanət bizi sancacaq, deyirlər. Mən arı deyiləm ki...
Bir xanımı sevirəm - Aygün Kazımova. Bundan sonra min nəfər super ifaçı çıxsa da, Aygün mənim üçün birincidir. Onun işinə yanaşmasını, dəyişkənliyini xoşlayıram. Onun haqqında da nəyisə bəyənməyəndə demişəm".
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024