Problem (18-06-2014, 23:54)
Verilişdə bəstəkarın mikrafonu əlindən alınıb, qovuldu
“Tahir müəllim, bəsdir danışdın. Çıxa bilərsən verlişdən”.
“Mediatv.az” Gecce.az-a istinadən xəbər verir ki, bu gün “Xəzər” telekanalında yayımlanan “5/5” verlişində qonaq olan qocaman bəstəkar Tahir Əkbər, ilk öncə Zaur Kamala gözəl verliş hazırladığı üçün təşəkkürünü bildirib. Daha sonra Zaurun verlişini qonşu telekanallarda adını çəkmək istəmədiyi verlişlə müqayisə edərkən bəzi qaranlıq məqamların da üstünü açmış olub:
"Yaradıcı insana verlişinizdə qiymət verirsiniz. Çünki, burada əyləşənlər xalqın sevib-seçdiyi sənətçilər, musiqiçilərdir. Amma əfsus ki, başqa bir kanalda, məkanda o yoxdur. O telekanalların verlişlərində insan bəzən bezir. Bu verlişin xüsusi bir abu-havası ki var, insana xoş təəsürat bağışlayır. Heç kim bu verlişdə gəlib sənin mikrafonuvu dartıb çıxartmaz ki, “Tahir müəllim, bəsdir danışdın. Çıxa bilərsən verlişdən”.