Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (17-05-2014, 14:48)
Vasif Məhərrəmli məhkəməyə verildi

“Müğənni Vasif Məhərrəmli etdiyi təhdidlərə və təhqirlərə görə məhkəmədə cavab verəcək”


Bu barədə “Axar.az”a saytda peşə fəaliyyəti ilə məşğul olan zaman müğənni tərəfindən təhqir və təhdid edilən jurnalist Tural Qurbanlı deyib.  

T.Qurbanlı məsələ ilə bağlı artıq vəkillər tutulduğunu və Nərimanov Rayon Məhkəməsinə müraciət edildiyini bildirib:  

“Redaksiyada qərara gəldik ki, bunu fərdi qaydada edim. Yəni hüquq fərdi qaydada müraciət etməyim üçün daha geniş imkan verir. Məhkəməyə müraciətimiz artıq rəsmiləşib. Prosesin başlaması üçün xırda işlər qalıb. Sənədlərin hamısı hazırdır. Tanınmış vəkil Anar Qasımlı hüququ prosesin məsuliyyətini öz üzərinə götürüb”.   

Jurnalist müğənnidən nə qədər təzminat istəyəcəyini açıqlayıb:  

“Şərəf və ləyaqətimin alçaldılması və mənə dəyən mənəvi ziyanının ödənilməsi üçün məhkəmə yolu ilə müğənnidən 50 min manat tələb etmişəm. Hüquqlarımı 2 vəkil - Anar Qasımlı və Xalisə Şahverdi müdafiə edəcək”.  

Xatırladaq ki, Şuşanın işğal günü müğənnilərin bu tarixi unudub-unutmadıqlarını və həmin gün toya getməyə razı olub-olmadıqlarını müəyyənləşdirmək üçün “Axar.az”ın əməkdaşı Tural Qurbanlı bir layihə həyata keçirmişdi. Vasif Məhərrəmli Şuşanın işğal günü toya getməyə razı olduğunu bildirmiş, amma sonradan bunun jurnalist layihəsi olduğunu bildikdə isə T.Qurbanlıya telefon açaraq, öz əxlaqına uyğun söyüşlərlə jurnalisti təhqir etmişdi.   

Həmin təhqirlərin audioyazısını təqdim edirik.  

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024