Problem (26-04-2016, 14:45)
"Ayda 3 toya gedəndə sevinirik"
"Bir filmə təklif almışam və razılaşmışam da. Çox maraqlı ssenarisi var. Yaxın günlərdə çəkilişlər başlayacaq”.
Mediatv.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib. O, rol alacağı filmlə bağlı məlumat verib:
"Baş rolda xalq artisti ilə çəkiləcəm. Adını açıqlaya bilmirəm, sirr qalsın. Həmişə o aktyorla bir araya gəlməyi arzulayırdım. Ssenarisini bir gecəyə oxudum. Ailə, sevgi mövzusundadır. Çox təsirli ssenaridir”.
M.İsgəndərli həmkarı Elza Seyidcahanın "Gözlərin” mahnısından danışıb:
"Halal xoşu olsun, qiyməti baha idi. Nəhayət təqdim etdim, radiolarda səslənir. Qazandığımı mahnılara verirəm. Mahnını almaq, aranjiman etdirmək, klip çəkdirmək 15 minə gəlib çıxır. Əvvəlki kimi toyumuz da yoxdur. Əvvəl ayda 20 toyum olurdu. İndi ayda 3 toya gedəndə sevinirik. Heç qiymət də əvvəlki qədər deyil. İmkanlılar da artıq pul vermir. Mən kasıbların müğənnisiyəm. Deyirəm, imkanınız nəyə çatır verin. Hətta elə olub ki, pulsuz oxumuşam".