Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (16-02-2016, 13:36)
"Breddə təkcə öz kişimi deyil, uşaqlarımı da görürəm" - Ancelina Coli

"Breddə təkcə öz kişimi deyil, uşaqlarımı da görürəm" - Ancelina Coli

 

Bakı kinoteatrlarında Ancelina Coli-Pittin baş rolda çəkildiyi və rejissoru olduğu “Dəniz kənarında” filminin nümayişi başlayıb. 


Mediatv.az xəbər verir ki, Buro 24/7 Rusiya saytının Hollivud müxbiri Nelli Holms aktrisa ilə görüşərək, onunla bu filmin hekayəsinin necə yarandığı, əri ilə bir çəkiliş meydançasında çalışmağın asan olub-olmadığı və ailə haqqında söhbət edib. Ancelina Colinin üçüncü rejissor işi olan "Dəniz kənarında" Fransanın lacivərd sahilinə səyahət edən amerikalı cütlüyün münasibətləri haqqındadır. Onların münasibətlərində hər şey ilk baxışdan göründüyü kimi deyil. Colinin özünün yazdığı ssenari də asanlıqla ortaya çıxmayıb. 

Buro247.az-ın tərcüməsində həmin müsahibəni təqdim edirik:

- "Dəniz kənarında" filmi əsasən analıq mövzusuna həsr olunub. Bu hekayə və qəhrəmanınız Vanessa necə yarandı?

- Analıq mövzusu həqiqətən də filmin mərkəzindədir, ancaq bu aşkar deyil. Diqqətsiz izləyici filmin ancaq seks və ehtiras barədə olduğunu düşünə bilər, ideya isə daha dərindir. Seks sadəcə, baş qəhrəmanın özündə daşıdığı ağrını söndürmək üsuludur. O, öz qonşuluğunda yaşayan gənc qadını izləyir, onun sağlamlığına, uşaq dünyaya gətirmək imkanına paxıllıq edir. Bu ideya necə yarandı? Bilirsiniz, bu axı elə də uydurma deyil. Anamda yumurtalıq xərçəngi aşkar olunanda, xəstəxanada yatırdı, onun yanında isə eyni problemli qadın uzanmışdı. Biz hər gün anamın yanına gəlirdik, bu qadının isə uşaqları yox idi və diaqnoz onun heç vaxt ana olmayacağını göstərirdi. 

O, xəstəxanada yatırdı və sözün birbaşa mənasında ağrıdan ulayırdı, özü də ki, bu ağrı fiziki deyil, daxili, mənəvi ağrı idi. Bu filmi mən belə faciə ilə üzləşmiş bütün qadınlara və anama həsr etmişəm. Bu qadınlar əsl əzab çəkirlər, ancaq tez-tez öz ağrılarını maskalayırlar və ya əksinə, özlərini mənəvi iztirablara məruz qoyurlar. Mənim qəhrəmanım Vanessa da belədir. O, şüurlu şəkildə özünə əzab verir, ancaq bu, onun faciəni yaşamaq üsuludur. Belə qadınlara qarşı diqqətli olmaq lazımdır. Onlar çox hallarda ilk baxışda göründüklərindən daha bədbəxt olurlar. Bu film insan faciəsini və onu yaşamaq üsullarını öyrənmək cəhdidir.

- Siz filmi ananıza həsr etmisiniz və onu öz 40 illiyinizdə çəkmisiniz, mən belə başa düşürəm ki, bu sizin üçün simvolikdir...

- Bəli, bu, həqiqətən də simvolikdir. 40 yaşında mənim ailəmdəki bütün qadınlar ciddi xəstəliklərə düçar olmağa və ölməyə başlayırdılar. Mənsə yaşamağı və 50-60 yaşda, uzun illər xoşbəxt olmağı planlaşdırıram. Yaşlanmaq mənim xoşuma gəlir. Ancaq həmişə düşünürəm ki, anam dünyanı belə tez tərk etməsəydi, çox şey yarada bilərdi. 


Yadımdadır, film üzərində çalışdığım zaman həkim dostum zəng etdi və dedi ki, analizlər xərçəng xəstəliyinə tutulmanın yüksək riski olduğunu göstərib. Bu, çox simvolik idi və qəribə şəkildə katarsisə oxşayırdı. Mən anam və onun hekayəsi haqqında düşünərək, film üzərində çalışmağa başladım, indi isə birdən məlum oldu ki, bu hekayə müəyyən mənada həm də mənim barəmdədir. Mən belə problemlər qarşısında qadın köməksizliyini ötürməyə çalışırdım.

- Rejissor olaraq, ərinizin işini idarə etmək sizin üçün çətin idimi?

- Bu, bizim üçün tamamilə yeni təcrübə oldu. Gizlətməyəcəm, ilk bir neçə gün çətin idi. Ancaq Bred məni o qədər yaxşı tanıyır ki, biz çox tezliklə yaradıcı dil tapdıq. Bir-birimizlə səmimiyik, bu isə bizə həm işdə, həm də həyatda kömək edir. Onun mənə etibar etməsi üçün çəkiliş meydançasında Bredə xüsusi atmosfer yaratmağa çalışırdım. Söz vermişdim ki, ona qarşı montaj studiyasında diqqətli olacam və o, heç nədən narahat olmayacaq. O, özü də çox çalışırdı və buna görə ona minnətdaram.


- "Dəniz kənarında" filminin titrlərində siz Ancelina Coli-Pitt kimi göstərilmisiniz. Əvvəllər nikahı rəsmiləşdirməyin mütləq olmadığını deyirdiniz, indi isə bu statusun nəzərdə tutduğu bütün sənədlərlə və yeni soyadı ilə rəsmi həyat yoldaşısınız. Nikahla bağlı fikrinizi niyə dəyişdiniz?

- Uşaqlarımın hamısının soyadı Coli-Pittdir, sadəcə məndə də belə olmasını istədim. Acığını desəm, mən indi də xoşbəxt birgə həyat üçün rəsmi nikahı mütləq hesab etmirəm. Bu, sadəcə xoş ritualdır və insana ancaq onun vacib olmadığı halda xoş olur. Bredlə bizim üçün nikah yeni və ya xüsusi olan bir şey deyildi. Toyumuz heç də "həyatımızın ən vacib günü" deyil. Mənim üçün belə xüsusi və hər şeyi dəyişən gün Bredin Zahara və Meddoksu övladlığa götürmək barədə sənədləri imzaladığı gün oldu. Elə o zaman mən başa düşdüm ki, bu kişi ilə həyatımı bağlamaq istəyirəm. Həmin gün bizim toyumuzdan uzun illər öncə baş vermişdi.

- Bredlə sizi bir-birinizdə qıcıqlandıran hansısa xırdalıqlar var?

- Dünyadakı bütün cütlüklər kimi Bredlə mübahisələrimiz olur. Hamıdakı kimi, bizim də problemlərimiz və anlaşılmazlıqlarımız var. Bəzən bir-birimizi cin atına mindirmə vəziyyətinə də çatdırırıq. Məsələn, mən həmişə günəş eynəklərini və digər əşyaları evdə ora-bura tullayıram, bu isə onu çox qıcıqlandırır.

- Bəs sizi nə qıcıqlandırır? 

- Milyon şey! Kimləsə uzun müddətdir yaşayan hər bir insan qıcıqlandıran xırdalıqlara deyil, vacib və pozitiv anlara yüklənməyin nə qədər çətin olduğunu başa düşür. Mən yaxşı şeylər haqqında düşünməyə çalışıram, axı, bu, mənim ömrümün sonuna qədər bir yerdə yaşamağa hazırlaşdığım kişidir. Ancaq hansısa xırdalıqlar həmişə olur.


- Bəs siz nə zamansa qısıqanclıq hissi keçirmisiniz? Hər bir halda sizin əriniz Bred Pittdir axı... 

- Mən onu çox sevirəm! O, mənim uşaqlarımın atasıdır və eyni zamanda mənim ən yaxın dostlarımdan biridir. Ona baxanda təkcə öz kişimi deyil, uşaqlarımı da görürəm. Başa düşürəm ki, dünyada yeganə qadın deyiləm, ancaq ona etibar edirəm və bilirəm ki, onun üçün ailəmiz çox dəyərlidir.

- Bredlə uzun sürən münasibətlərinizdə öyrəndiyiniz ən vacib şey nədir? Uşaqlarınıza kişi və qadın münasibətləri haqda nə danışırsınız? 

- Yox, biz hələ ki, bu barədə danışmırıq. Ancaq mən onları elə tərbiyə edirəm ki, istənilən sual yarandığı halda, asanlıqla mənə və ya Bredə yaxınlaşıb, onları narahat edən şey barədə soruşa bilsinlər. Bəs münasibətlərdən nəyi öyrənmişəm? Həmişə kompromiss tapmağa can atmaq lazımdır. Yəqin ki, Bredlə birlikdəlikdən öyrəndiyim budur. Eləcə də, ümumi hədəflərin olması çox vacibdir, çünki bu hədəflərə birgə yoldan daha çox yaxınlaşdıran heç nə yoxdur. Bu mənada, əlbəttə ki, əgər belə demək olarsa, uşaqlar ideal variantdır: onlar bizə bu birlik və ümumi arzuya can atma hissini verirlər. Ətrafda nə baş verməsindən asılı olmayaraq, uşaqlarımız həmişə hər ikimiz üçün birinci yerdədir.



- Məsələn, bir ana kimi peşəkar və şəxsi həyatınızda hansı dəyərləri əsas tutursunuz? 

- Düşünürəm ki, dünyadakı əksər insanlar kimi ən adi valideynəm. Valideynlərin əksəriyyəti kimi mən də öz uşaqlarımla özümün ən yaxşı versiyam olmağa çalışıram. Həmişə onlarla səmimiyəm və ətrafdakı həyat haqqında açıq şəkildə danışmağa çalışıram ki, nə zamansa gələcəkdə onlar dağılmış uşaq illüziyalarının yükü altında əzilməsinlər. Rejissor kimi, mən izləyici qarşısında suallar qoyan və bu suallara birmənalı cavab verməkdən öncə yaxşı düşünməyə məcbur edən filmlər yaratmağa çalışıram. Ümumiyyətlə, hesab edirəm ki, bu, mənim insanlara kömək etmək üsulumdur: suallar qoymaq və onlara cavab axtarmağa məcbur etmək.


- Sizi nə xoşbəxt edir?

- Yaşım 20-ni ötəndə kasıb ölkələrə səyahət etməyə başladım və başa düşdüm ki, bizdə adi gigiyena, su, geyim vasitələrinin olmasına, sevimli işimizlə məşğul olmaq imkanına görə taleyə minnətdar olmalıyıq. Daha sonra ana oldum, bu isə heç nə ilə müqayisə edilməyən xoşbəxtlikdir. Hər səhər uşaqlarımın sağlamlığı, onların sakit uşaqlığı, imkanları və perspektivləri haqqında fikirlərlə yuxudan oyanıram. Eləcə də mən kino sənayesinin bir hissəsi və öz işim vasitəsilə özümü ifadə etmək imkanına sahib olmaqdan xoşbəxtəm.

- Sizin qarderobunuzda hansı geyim üstünlük təşkil edir? 

- Qara rəng geyimlər əsasdır. Mən geyimi uzun müddət seçməyi sevmirəm, buna görə də bütün şalvarlarım, ətəklərim, toplarım və futbolkalarım, demək olar, bir-birinə bənzəyir və onların böyük əksəriyyəti qaradır. Bu, ona görə deyil ki, mən həyata kədərlə yanaşıram, sadəcə, sənin 6 uşağın olanda bu, çox praktikdir. Ayaqqabıya gəlincə, mənim çoxlu rahat çəkmələrim, eleqant dikdaban ayaqqabılardan ibarət gizli qutum var.

- BMT-nin nişanı altında humanitar işinizi yeniləmək istərdinizmi?

- Bu gün hamı Suriya məsələləri ilə əlaqədar sammit və ya konfransa hazırlaşır, sabah isə ekoloji problemlər üzrə konfranslar və müzakirələr, daha sonra isə başqa yeni müzakirələr olacaq. Mən istərdim ki, bu və ya digər məsələ üzrə konkret nə etmək lazım olduğunu qərar verəcək konfrans və ya sammitin keçirilsin. Hələ ki, hamı tez-tez görüşür və çox az iş görür. Şəxsən mənə gəlincə, indi ekoloji layihələrlə məşğul oluram, çünki dünyada baş verən drammatik dəyişikliklər artıq təkcə azsaylı mütəxəssislərə aşkar deyil. Bundan başqa, Kambocadakı soyqırım haqqında film çəkirəm. Bu faciədən heç nə məlum deyil və mən bu dəhşətli şeylərə insanların gözlərini açmaq istəyirəm.


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024