Yekəxanayam, amma haram yemirəm.
Mediatv.az xəbər verir ki, bu sözləri rejissor Kənan M.M rəsmi İnstaqram səhifəsində yazıb. Rejissor onu gözü götürməyənlərə də ismarış göndərib:
“Mən özümdən razıyam, amma kafir deyiləm. Lovğayam, amma vətən xaini deyiləm. Yekəxanayam, amma haram yemirəm. Təkəbbürlüyəm, amma mavi deyiləm. Kobudam, amma heç kimin haqqına girmirəm. Özünü sevənəm, amma tanımadığım insan haqqında rəy bildirmirəm. Allahın mənə verdiyi ömrün saat və dəqiqələrindən boş yerə istifadə edib, qeybət etmirəm. Mən beləyəm.
Yaltaq, nankor, etibarsız deyiləm. Bəs sən? Özünə sual verib gecələr vicdanınla baş-başa qalmısan? İnsanın qəlbinin içini bilən yalnız Allahdır. Sonda qərarı da Allah verəcək. Biz sadəcə, cümlələr qururuq. Allahın yaratdığı hər kəsi sevirəm. Məndən zəhləsi gedənlərə şad xəbər: mən sizi tanımıram, amma sizin həmişə məndən zəhləniz gedəcək. Çünki siz məni tanıyırsınız”.