Problem (27-06-2015, 23:10)
“Məmurların məndən zəhləsi gedir, efirə çıxmağımı istəmirlər“
ANS-in aparıcısı Aytən Səfərova məmurlardan gileylənib
Aytən sosial şəbəkədə peşəkar aparıcların əməyinin düzgün qiymətləndirilmədiyini yazıb:
“Deyirlər, efirdə daim həqiqəti söylədiyim, adi insanların tərəfini tutduğum, söz azadlığının bariz nümunəsi olduğum (hansının ki, qarantı birbaşa cənab Prezidentdir) üçün bəzi məmurların məndən zəhləsi gedir. Hətta məni efirdə görmək istəmirlər. Bu səbəbdən, 20 il Vətəninə canla-başla xidmət edən bir jurnalist olaraq nə bu il iyulun 22-də (Milli Mətbuat Günü – red.) ad alacağam (ortada yeyib, qıraqda gəzənlərdən, şüvən qoparanlardan fərqli olaraq), nə də gələn il mənzil üçün ümid edə bilərəm. Mən buna inanmaq istəmirəm, amma reallıq tamam başqa şeydən xəbər verir. Nə etməli?! Adi “rakkadaçika” aparıcı olmaq, yoxsa nə?! Bəlkə siz bir çıxış yolu mənə dediniz (hər halda ağıl ağıldan üstündür)”.
Aparıcının müraciətinə şəbəkə izləyicilərinin reaksiyası gecikməyib. Onlar Aytəni olduğu kimi qəbul edib, sevdiklərini desələr də, aparıcının cavabı “Mən heç kimin, malını, varidatını saymıram. O tərbiyə yiyəsi deyiləm. Amma mənim də haqqımdır” olub.
Xatırladaq ki, A.Səfərova bir qədər əvvəl İnstaqram hesabından “Allah mənə səbr, bəzilərinə qarşı güclü immunitet versin. Bezmişəm, yorulmuşam. Nə qədər reaksiya olar?”, - deyə etirazını bildirmişdi.
Qeyd edək ki, Aytən Səfərova bir müddətdir efirə çıxmır. O, gəzən şayiələrə cavab olaraq ANS kanalından ayrılmadığını, bülletenə çıxdığını bildirib.(axşam.az)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024