Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (11-01-2016, 15:14)
Xatirə qalmaqallı statusundan danışdı - “Ən böyük səhvimdir...”

Xatirə qalmaqallı statusundan danışdı - “Ən böyük səhvimdir...”

 

Ötən gün müğənni Xatirə İslamın instaqramda bahalaşma ilə bağlı izləyicilərini təhqir etməsi ciddi müzakirələrə səbəb olub.

Mediatv.az-ın məlumatına görə, müğənninin xalqa ünvanladığı ağır ifadələr dünəndən sosial şəbəkələrdə tənqid olunur. 

Xatirə İslam paylaşımda “Burdakı bəzi səviyyəsizlər, sözlərinizə fikir verin. Sizi tapıb ortadan cıraram. Sizin ağlınız yoxdur, ona prezident neynəsin? Ay tupoylar, dollar qalxan kimi marketlərə doluşduz. Sizin o hərəkətlərinizi görüb qiyməti qaldırdılar. Qaraçılar, hər şeyi özünüz etdiz”-deyə qeyd edib.

Müğənni etirazlardan bir neçə saat sonra yazdığı paylaşımı silib.

“Qafqazinfo” isə başverənlərlə bağlı Xatirə İslamın mövqeyini öyrənib. Müğənni ona yazılan şərhlərə cavab verdiyini qeyd edib: 

“Ağlım olsaydı yazılan şərhləri ilk gündən oxumazdım. Bu mənim ən böyük səhvimdir. 25 gün bundan əvvəl, yəni 20 dekabr tarixində prezidentin şəklini paylaşmışdım. Şəklin altından xoşagəlməyən şərhlər yazıblar. Mən də şərh yazanlara cavab vermişəm. Üstündən 25 gün keçəndən sonra məsələni şişirtdilər. Əgər xalqı təhqir etmişəmsə, onda niyə heç nə demədilər? Pis söz yazmışmasa, niyə o vaxtı görmürdülər? Niyə xətirlərinə dəymirdi? Guya, Xatirə xalqı təhqir edib. Dolları Xatirə qaldırıb? Niyə mənim haqqımda belə yazırlar? İndi mən bu təhqirlərə cavab verməməliyəm? Mən bu şərhlərlə bağlı heç bir yerə müraciət etməyəcəm. Məhkəmələrə gedən yaşımdı? Ona görə də mənə əcəb edirlər. Mən niyə şərhləri oxuyuram ki, belə də şərh yazırlar. Bundan sonra şərhləri oxumayacam. O gün köməkçimə dedim, sil paylaşımı, ailəli adamam. Hamımız azərbaycanlıyıq. Sildirəndən sonra da xeyri olmadı. Yaxşı eləmişəm”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024