Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (22-12-2015, 14:39)
Nazirlik müğənniləri 749 min manat cərimələdi

 

Gəlirini gizlədib dövlət büdcəsinə ödənişdən yayınan şou-biznes nümayəndələrinin bir neçəsinin adı açıqlanıb.
 

Mediatv.az-ın məlumatına görə, ən çox cərimələn müğənnilər sırasında Səidə Sultan liderdir. Müğənni 35 min manat məbləğində cərimələnib. 

Nadir Qafarzadə 10 min manat, Manat Ağayev 2500 manat, Əlikram Bayramov 1666 manat, Nura Suri 1000 manat dəyərində cərimə ödəməli olacaq.

Ramal İsfrafilov, Ayaz Qasımov, Elçin Cəfərov, ilhamə Qasımova daxil olmaqla mindən artıq şou nümayəndəsi də dövlət büdcəsinə vergiləri ödəməkdən yayınmaqda adlanır hallanır.

Müğənni Almaz Ələsgərli “Qafqazinfo”ya açıqlamasında 3 min manat cərimələndiyini bildirib:

“Bəli, cərimələnmişəm. Allaha şükür olsun ki, mənə 3 min manat cərimə yazıblar. Birdən 3 min ödəmək çətin olacaq. Başqalarında daha çoxdur, onlar necə ödəcəyək? Pulu olan aparıb ödəyəcək”.

Əməkdar artist Ədalət Şükürov vaxtında vergi ödəyən barmaqla sayılacaq məşhurlar siyahısındadır.

Müğənni açıqlamasında 10 ildir ki, vergi ödədyini qeyd edib:

“Mən 10 ildir ki, vergi ödəyicisiyəm. Hər il hesabatımı vermişəm. Son olaraq 780 manat cərimə olunmağım barədə məlumat verildi. Bunu da 5 gün qabaq Sumqayıtda gedib ödədim. Məndə cərimənin az olması vaxtı vaxtında hesabatlarımı verməyimdən irəli gəlir. Digər həmkarlarımda isə cərimələr çoxdur. Onların özləri təqsirkardır. Çünki vaxtında hesabatlarını verməyiblər. Axı onları maarifləndirmək lazımdı. Bu barədə onlar məlumatsız olublar”.

 

İlhamə Qasımova günahın müğənnilərdə olduğunu vurğulayıb:

“Ümid edirəm ki, hər şey yaxşı olacaq. Vergini hər kəs ödəməlidir. Çox maraqlıdır ki, mənim adım da hallanır. Bu qanundur, borcumuzdur. Müğənni aylıq 200-300 min qazanmır ki, onun 18 faizini vergiyə ödəsin. Ədalətli faiz qoymaq lazımdır. Qazanan müğənni vergini vaxtında ödəməlidir.

Ən birinci günahkar müğənninin özüdür. Hansısa müğənni müsabiqəyə gedir. Gəlib danışır ki, müəyyən məbləğdə bizə pul verdilər. Bu yalan danışıqlar isə problemlər yaradır. Əksəriyyəti düzgün danışmağa utanırlar. Vergi söhbətindən sonra hər kəs düz danışmağa başlayacaq”.

Qeyd edək ki, şou aləmində çalışan 3 minə yaxın şəxs vergi ödəyicisi kimi qeydiyyatdadır. Onların 2942-nin bəyannamələrində uyğunsuzluq aşkarlanıb və artıq mindən artıq şou-biznes nümayəndəsinə ümumilikdə 749 min manat əlavə vergi hesablanıb.

Vergilər Nazirliyi vergidən yayınan müğənnilərə qarşı tədbirlərin sərtləşəcəyini bildirib.

Onların əmlakı siyahıya alınacaq, avtomobillərinə həbs qoyulacaq, ölkədən çıxmaları qadağan ediləcək. Borcu 2 min manatdan artıq olanlara isə cinayət işi açılacaq. Həmin şəxslərin siyahısı yaxın günlərdə nazirlik tərəfindən elan olunacaq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024