Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (9-07-2015, 11:14)
Xoşqədəm: “Mən studiyada öləcəyəm“

 

bitmap-img6


Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə hər kəsi təəccübləndirəcək şərh yazıb

 

O, 3 ildir ağır xəstəlikdən əziyyət çəkdiyini və müalicə olunduğunu etiraf edib:
“Düz 3 il əvvəl növbəti müayinədən çıxarkən, nəticələri mənə izah edən həkim çox üzülmüşdü. “Sən güclüsən, bunun da öhdəsindən gələcəksən” dedi. Xəstəxanadan çıxdım, "kimə zəng edim, kiminlə məsləhətləşim" dedim. Evə zəng vurmağa cəsarətim olmadı. Çünki ailəmin nə qədər üzüləcəyinə əmin idim. İstanbulda güclü yağış yağırdı. Bəlkə bir saat o yağışın altında gəzdim və sonda əvvəl çalışdığım iş yerində tanıdığım bir adama zəng vurdum. O da "sən güclüsən" dedi. Doğrudan da güclüymüşəm, 3 il həkimin dediklərinin 50 faizini etdim. İş, iş, iş.... Hətta zarafatla deyirdim ki, mən studiyada öləcəyəm. Ötən ay növbəti yoxlamada həkim bildi ki, mən onun yazdıqlarının yalnız 50 faizini etmişəm. Və ən böyük səhvim də stress olub. Ondan uzaq olmalı idim. Hətta son aylarda yaşadığım stress.... İndi yenidən müayinəyə gedirəm. Ümid edirəm ki, bu dəfə də hər kəs deyəcək ki, "Sən güclüsən”. Allah eləməsin ölüm. Bax onda o dünyada çatlayaram. Çünki mənə pislik edənlər haqqımda yazanlar, yazdıranlar, ən çox “üzülənlər” onlar olacaq. Axı belələri var, öldürdükdən sonra deyir ki, “O yaxşı insan idi”. 
Nə isə… Allah bizə ən gözəl nemət olan can sağlığı versin. Mən həmişə uzaq yola çıxarkən hamı ilə görüşüb, kimə nə borcum varsa, yazmışam, yaxınlarıma demişəm. 5 gündür yenidən haqq-hesab kitablarını vərəqləyırəm. Hətta yeni mövsüm üçün çəkilişlərin planını cızmışam. İşlərimi bitirdim, rahat nəfəs ala bilərəm. Deyəsən, mən həqiqətən, studiyada öləcəyəm. Nə isə, mən getdim.. Dualarınız mənimlə olsun. Allah bizi pis insanlarla qarşılaşdırmasın. Hər kəsə xoş və sağlam günlər diləyirəm".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024