Problem (17-05-2015, 14:24)
Cavanşir Quliyev: “Əsl Aygünü tanımırlar”
Hazırda Kipr Türk Cümhuriyyətində yaşayan bəstəkar Cavanşir Quliyevin xalq artisti Aygün Kazımova ilə bağlı maraqlı videosu yayılıb
2001-ci ildə ANS TV-də Rahib Azərinin qonağı olan C. Quliyev bunları deyib:
“Aygünü mən çox istəyirəm. Çünki Aygündə mən elə bir insani keyfiyyətlər görmüşəm ki, heç bir müğənnidə elə keyfiyyətlər yoxdur. Bir hadisə danışım. İstanbulda “Asiyanın səsi” müsabiqəsində Aygün mükafat aldı. Mükafatın pul hissəsi də vardı. Səhnədə qalibə mükafatla bərabər pul çeki də verdilər. Aygün çeki alıb səhnə arxasına keçəndən sonra, məndən soruşdu ki “hardadı sənin qızın?”. Mənim qızım İstanbulda olduğu üçün, həmin gün Aygünün ətrafında dolanırdı, ona yardım edirdi. Dedim “neyləyirsən qızı”. Dedi ki, “çağır bura usağı”. Çağırdım, çeki verdi qızıma ki, “bu da sənin məktəbinin bir illik maliyyəsi”.
Heç kəs onun yadına salmamışdı. Məsələ o pulda da deyildi, məsələ onda idi ki, o haray- həşirdə, o müsabiqədə, o konsertdən sonrakı hadisələrdə Aygün onu yadında saxladı, yadından çıxartmadı və bu Aygünün insani keyfiyyətlərindən xəbər verir. Aygün bir çox insanlara qarşı buna bənzər addımlar atıb. Mən bunu bilirəm, belə şeyləri açıqlamazlar. Mən özümə elədiyi üçün bunu deyirəm. Bu mənada bəzi tamaşaçılar ola bilsin Aygünü, yəni əsl Aygünü tanımırlar. Onun səhnə həyatı, artist həyatı başqadı, insani həyatı tamam başqa”.
Xatırladaq ki, 1996-cı ildə Aygün Kazımova “Türkvizyon” müsabiqəsinə qatılmış və orada birinci yerə layiq görülmüşdü. (qafqazinfo.az)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024