Problem (17-03-2014, 10:54)
Aygün Kazımova: “Ramal, bir daha çaşma”
Xalq artisti Aygün Kazımova müğənni-bəstəkar Ramal İsrafilovun onun ünvanına dediyi sözlərə cavab verib
Axşam.az-ın məlumatına görə, Ramalın “Aygün xanımın “Biletini alma” mahnımı oxuması xoşuma gəlmədi. İfa məni qane etmədi” sözlərinə qarşı tərəf bərk əsəbiləşib. A.Kazımova “Onlar” verilişinə müsahibəsində Ramalla bağlı bunları deyib:
“Gözləmədiyim halda sevdiyim adamdan o sözləri eşitdim. İnsanı sevdiyi şəxs aldada bilər. Sevdiyi birinin xəyanəti insana ağrı-acı verir. Belə şeylər olanda qırılıram. İstəmirəm ki, Ramal böyüyə hörmətsizlik, dosta xəyanət edən biri kimi yadda qalsın. Görəsən niyə kamera qoyulanda, mikrafon uzadılanda dəyişirlər? Kazım dəfələrlə deyib ki, Ramaldan mahnı oxuyun. Bilirəm ki, o bunu Ramala dəstək üçün deyirdi. Bu da mənim ona dəstəyimin nəticəsi. Etiraf edək ki, Ramal bu dəfə öz bəstəsini oxuya bilmədi. Düzünü deyirəm, axı, o mənim dostumdur. Süjetdən sonra Ramalın özünə zəng etdim. Dedi ki, Aygün xanım montaj ediblər. Amma mən “Onlar”a inanıram. Heç vaxt mənimlə bağlı yanlış etməzlər. Süjetə baxdım, amma yarımçıq. Sona kimi izləmədim. İstəmədim ki, sevdiyim insanın çirkinləşməsini görüm. Bunu cavanlıqda etdiyi səhv kimi qəbul edirəm. Öpürəm səni Ramal. Bir daha çaşma”.
106.3 FM-in diceyi Kazım Sübhan isə Ramalın “Kazım xahiş etdi ki, Aygün xanım bu mahnını oxusun” sözlərinə belə cavab verib:
“Onun bu ifadəsi xoşuma gəlmədi. Aygün xanım yoldankeçən deyil, 25 ildir səhnədədir. Ramal sevinsin ki, onun bəstəsini Aygün xanım oxudu”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024