Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (29-04-2015, 18:40)
Elza ona konsert qadağası qoyan AZAL rəsmisinə cavab verdi

Müğənni Elza Seyidcahanın təyyarədə konsert verəcəyi ilə bağlı mətbuatda yayılan xəbərlər böyük marağa səbəb oldu

 

Müğənni bildirmişdi ki, konsert Bakı-İstanbul reysində baş tutacaq və Azərbaycandan Türkiyəyə səfər edən insanları feyziyab edəcək .
Bu məsələ ilə bağlı musavat.com-a danışan AZAL-ın xıdmət rəisi Məhərrəm Səfərli bildirib ki, bu cür konsertin təyyarədə keçirilməsi qeyri-realdır və təyyarədəki insanların təhlükəsizliyi baxımından qadağandır. 
AZAL rəsmisinin sözlərinə görə, müğənni Elza Seyidcahan yalnız 200 sərnişinə Bakı–İstanbul–Bakı reysi ilə bilet alıb, təyyarənin icarə haqqını ödədikdən sonra konsert verə bilər.
Bəs görəsən, müğənni səmada konsert vermək üçün bir belə məsrəfin altına girməyi özünə rəva biləcəkmi?
Bu barədə sualımızı cavablandıran Elza Seyidcahan bildirib ki, tələb olunun məbləğ mütləq ödəniləcək: “Mənim bu layihəm çox qeyri-adidir. Layihəmi həm də təyyarədə çalışan insanlar üçün fikirləşmişdim. Hər kəs bilir ki, təyyardə çalışan insanların həyatlarının yarısı uçuşlarda keçir. Onlar çox əziyyət çəkirlər. 
Mənim Məhərrəm Səfərliyə böyük hörmətim var. Əlbəttə ki, layihəmi həyata keçirən zaman onların da icazəsi alınacaq və tələb edilən haqq ödəniləcək. Mən qanunlara zidd gedən qadın deyiləm və heç vaxt da belə bir addım atmaram. 
Lakin bu layihəmi həyata keçirmək böyük arzumdur. Bu haqda mətbuatda xəbər yayılan kimi mənə xeyli sayda ziyalılar tərəfindən, hətta xaricdən belə, zənglər gəldi. İnsanlar mənim bu layihəmi bəyəndiklərini deyərək, bol-bol uğurlar arzuladılar”.
Xatıladaq ki, hər zaman qeyri-adi yeniliklərə imza atan bəstəkar–müğənni Elza Seydcahan son vaxtlar daha çox qeyr-adi şeirləri ilə də gündəmə gəlir. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024