Problem (26-03-2015, 10:05)
“Çox kədərləndim...” Coli əməliyyatdan sonra
Yumurtalıqları və analıq borusu (fallopian) götürülən məşhur aktrisa Ancelina Coli ilk dəfə əməliyyat haqda danışıb.
“Mediatv.az” xarici mətbuata istinadən xəbər verir ki, aktrisa ağır əməliyyat keçirsə də, xərçəng riskinin aradan qaldırıldığı üçün xoşbəxt olduğunu bildirib:
"İki həftə əvvəl həkimim qan testinin nəticələrini söylədi, çoxu normal idi. Dərin bir nəfəs aldım, amma hamısı bu deyildi. Test nəticələri erkən bir xərçəng işarəsi idi. Həkim yumurtalıqlarıma nəzarət etmək üçün bir əməliyyat olunmağımı istədi. Özümə sakit olmağı, güclü olmağı aşıladım. Uşaqlarımın böyüdüyünü görmək və nəvələrimlə tanış olmaq üçün bu əməliyyatı etdirdim. Saatlardır təyyarədə olan ərimi Fransaya çağırdım, dərhal gəldi. Bu kimi anlarda gözəl şeylərin dəyəri daha da dəqiqləşir. Eyni gün anamı əməliyyat edən həkim ( Anası xərçəng xəstəliyindən vəfat edib) mənə baxdı və ona bənzədiyimi dedi. Çox kədərləndim. Amma bir-birimizə baxıb gülümsədik və əməliyyata başladı. Nəticələri gözlədiyim 5 gün boyunca uşaqlarımla vaxt keçirdim. əməliyyat uğurla keçmişdi. Ancaq hələ erkən mərhələdə bir xərçəng riski və yumurtalıqlarımın alınma ehtimalı vardı, mən də bunu dərhal etməyi seçdim”.